Nida.az
Ermənistanın təkzib imkanları azalır - Politoloq
“8 erməninin əvəzinə I Qarabağ müharibəsində kütləvi məzarlıqların koordinatlarının Azərbaycana verilməsilə bağlı Ermənistan XİN sözçüsünün dedikləri və Azərbaycan XİN-in cavabı məsələnin həllinin asan olmayacağını göstərir”.
Bunu Publika.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib.
Politoloqun sözlərinə görə, mina xəritələrinin indiyədək dəqiq verilməməsi qarşı tərəfin səmimiliyinə şübhə yaradır: “Rəsmi Bakının etiraz açıqlaması isə razılaşmanın olduğunu təsdiqləyir. Demək ki, İrəvan 8 erməni əsiri aldıqdan sonra tələbləri yerinə yetirmir. Onsuz da müzakirələrdə Fransanın canfəşanlığı moderatorluğun ermənilərin xeyrinə istiqamətlənəcəyini deməyə əsas verirdi. Makron ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən birinin rəhbəri olsa da, münaqişənin əsas səbəbkarının yanında yer alıb. İndi də Fransanın vasitəçiliyi ilə keçirilən görüşdən ciddi irəliləyiş gözləmək absurd olardı.
Lakin bu müzakirələrdə Azərbaycanın əlini gücləndirən məqamlar var. Ermənistan bu təkliflə I Qarabağ müharibəsində kütləvi qətllər törətdiklərini etiraf edir. Qərb platformasında bunu açıq ifadə etməsi Ermənistanın təkzib imkanlarını azaldır. Məzarlıqlar azərbaycanlılara qarşı kütləvi surətdə soyqırımıların icra olunduğunu təsdiqləyir. Düşünürəm ki, saxlanılan ermənilərdən maksimum şəkildə xalq və dövlət adına yararlanmaq, həqiqətlərimizi dünyaya çatdırmaq baxımından istifadə etmək uğurlu addım olardı”.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi







.jpg)

























.jpg)

.jpg)