Nida.az
Kənar müdaxilələr olmasa, Ukrayna və Rusiya... - İran səfiri
İran bu mövqedədir ki, ölkələr arasında meydana çıxan böhranlar və gərginliklər sülh və danışıqlar yolu ilə həll olunmalıdır.
Publika.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Rusiya ilə Ukrayna arasında yaşanan gərginliyə münasibət bildirərkən deyib.
Səfir bildirib ki, regiondan kənar ölkələr bu məsələyə qarışmamalıdırlar: “Əgər kənar müdaxilələr olmasa, Ukrayna və Rusiya bu məsələni həll edə biləcəklər. Burada bir mühüm məsələ də ondan ibarətdir ki, region ölkələri olmayanlar region ölkələrindən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Ona görə də region ölkələri ayıq olmalı və kənar qüvvələrə bu fürsəti verməməlidirlər”.
Seyid Abbas Musəvi qeyd edib ki, İran Prezidenti İbrahim Rəisinin bu yaxınlarda Rusiyaya etdiyi səfəri onun son 6 ay ərzində region ölkələrinə etdiyi 3 səfərdən biri idi: “Bu səfər qonşularla mehriban münasibətlər çərçivəsində baş tutan bir səfər idi. Bu səfər zamanı qarşılıqlı əməkdaşlığı bir daha nəzərdən keçirdik. İranla Rusiya regonal məsələlərdə əməkdaşlıq edirlər. Səfər zamanı bu məsələlər bir daha nəzərdən keçirildi”.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur












.jpg)




















.jpg)
.jpg)

