Rusiya bu məsələdə geriyə addım atmayacaq - Politoloq
Bizi izləyin

Nida.az

Rusiya bu məsələdə geriyə addım atmayacaq - Politoloq

“Bu günlərdə ABŞ Prezidenti Co Bayden bəyan edib ki, fevralın 16-sı Rusiyanın Ukraynaya təcavüz edəcəyi gündür. Bununla əlaqədar Bayden amerikalı diplomatlara, iş adamlarına Ukraynanı tərk etməyi təklif edib. Birləşmiş Ştatlarla yanaşı, Ukraynada dislokasiya olunan Avropa dövlətlərinin səfirlikləri də hazırda Kiyevi tərk etməklə bağlı işlər görürlər”.

Bunu Publika.az-a açıqlamasında politoloq Elşən Manafov deyib.

src="/storage/files/upload/55705a89ec21497008e96c812a10c98227af999c.jpg" style="width: 371px; height: 427.887px;" class="fr-fic fr-dib fr-fil">

Politoloqun sözlərinə görə, Rusiyanın məsələyə öz baxışı var: “Rusiya Prezidenti Vladimir Putinin Xarici İşlər naziri Sergey Lavrovu qəbul edərkən ona ünvanlanmış müraciəti bundan ibarət idi ki, problemi diplomatik yollarla həll etmək üçün bütün üsullardan istifadə etmişikmi? Lavrov isə təcrübəli diplomat kimi qeyd etdi ki, bütün hallarda problemin həlli üçün hələ də şanslar var. Rusiya iki ölkə arasındakı gərginliklərin aradan qaldırılması üçün təkliflər verib. Bu təkliflər Rusiyanın təhlükəsizlik qayğıları ilə bağlı amilləri özündə ehtiva edir. Rusiyanın mövqeyi birmənalıdır və Qərbdən Ukraynanın NATO-ya inteqrasiyası proseslərinə son qoymağı və NATO-nun Qərbdən Şərqə doğru genişlənməyəcəyi ilə əlaqədar təminat istəyir”.

E.Manafov vurğulayıb ki, Rusiya Donetsk və Luqansk problemlərinin Minsk razılıqları kontekstində həlli variantına razılıq verib: “Rusiya rəsmiləri qeyd edir ki, məhz Zelenski iqtidarı Minsk razılıqlarının şərtlərini yerinə yetirmir. Ukrayna tərəfinin mövqeyi münasibətlərdəki gərginliyin əsas səbəblərindən biri kimi qəbul olunur. Əslində isə Donetsk və Luqansk məsələsi Qərb üçün Rusiya ilə münasibətlərdəki problemləri həll etmək üçün bir bəhanədir. Məsələnin əsas məğzi Şərqi Avropada nüfuz dairəsi, satış bazarı və xammal mənbələri uğrunda mübarizədən gedir. Rusiyanın mövqeyi qəti və birmənalıdır. Rusiya müharibə istəmir və bunu Rusiyanın rəsmiləri də açıq bəyan ediblər. Lakin Rusiya özünün təhlükəsizliyi ilə bağlı məsələlərdə də, problemlərin həllində də geriyə addım atmayacaq. Bu, Rusiyanın Qərbə ünvanladığı son ismarışdır. Fikrimcə, Qərb Rusiya ilə qarşıdurmaya getməyəcək. Hər halda tərəfləri qəti addımlardan çəkindirəcək mövqe və baxışlar var”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm