Nida.az
UNESCO itirməkdə olduğu nüfuzunu az da olsa qorumaq istəyirsə... - RƏY
“Bu bir həqiqətdir ki, Ermənistan uzun bir tarixi dövr ərzində həm Azərbaycan xalqına qarşı, həm də onun tarixi, mədəni irsinə qarşı soyqırımı siyasəti həyata keçirib. Bu reallıqlar fonunda Azərbaycan dövləti xüsusilə Ermənistanın bizim maddi-mədəni irsimizə qarşı genosid siyasəti ilə bağlı UNESCO-ya müraciət edib. Çünki UNESCO bu sahə üzrə ixtisaslaşmış bir qurumdur və dünyadakı bütün tarixi-mədəni irsin qorunması funksiyasını öz üzərinə götürüb. Təşkilatın bu sahədə böyük öhdəliyi var”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
src="/storage/files/upload/dd64d4e4973c5c79ccfbe68b698b3df57d1153c4.jpg" style="width: 396px; height: 366.96px;" class="fr-fic fr-dib fr-fil">
Deputatınn sözlərinə görə, reallıq isə ondan ibarətdir ki, Azərbaycanın bu istiqamətdə UNESCO-ya olan bütün müraciətləri cavabsız qalıb: “İllərlə edilən müraciətlərə sükutla yanaşmaqla biganəlik və laqeydlik nümayiş etdirilib. Bu laqeydliyin özü artıq tərəfkeşlik deməkdir. Bununla onlar Ermənistanın yanında yer aldıqlaqrını ortaya qoyublar. İndi isə Ermənistan Azərbaycana qarşı şər-böhtan kompaniyası keçirir. Guya, Azərbaycan dövləti ermənilərin tarixi abidələrinə qarşı soyqırımı siyasəti keçirib və keçirməkdədir. Bu cür yalan və iftira ilə dolu məlumatları UNESCO-ya ünvanlayıblar. Bununla da qəribə bir situasiya yaranıb. 30 il ərzində bizim heç bir müraciətimizə cavab verməyən UNESCO Ermənistanın bu böhtan kompaniyasına dərhal reaksiya verib və mövqe ifadə edib. Bütün bunların fonunda ən çox narahatedici məqam isə ondan ibarətdir ki, UNESCO ifadələri seçərkən yenə də ermənisayağı mövqedə dayanıb”.
E.Nəsirov vurğulayıb ki, Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev dəfərlərlə qeyd edib ki, daha “Dağlıq Qarabağ” deyilən inzibati ərazi vahidi yoxdur: “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu var. Cənab Prezident beynəlxalq təşkilatlara müraciətində də qeyd edib ki, öz istinadlarında düzgün ifadə və terminlərdən istifadə etsinlər. Amma UNESCO məlum hadisələrlə bağlı mövqe ifadə edərkən yenə Dağlıq Qarabağ ifadəsi işlədib. UNESCO-nun funksiyası adından da bəlli olduğu kimi, mədəni məsələrlə məğul olan təşkilatdır. Bu təşkilat nə vaxtdan siyasi təşkilata çevrilib?! UNESCO özünü müstəqil bir qurum kimi təqdim etməyə çalışsa da, reallıqda ermənipərəst mövqeyi ilə məhşur olan Fransa Xarici İşlər Nazirliyinin bir departamenti kimi özünü aparır. Bütün bunlarım hər biri acı həqiqətdir və heç şübhəsiz ki, UNESCO-ya olan inam və etimadın üzərinə böyük kölgə salıb. UNESCO itirməkdə olduğu nüfuzunu az da olsa qoruyub saxlamaq istəyirsə, həqiqətə güzgü tutsun. Hər şeyi öz adı ilə çağırsın. Ermənistanın Azərbaycan ərazilərində törətdiyi vəhşiliyə, vandal davranışa qiymət versin, öz hesabatlarına salsın. Beynəlxalq ictimai fikirdə Ermənistana qarşı qınağın formalaşmasına kömək etsin”.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



.jpg)















.jpg)
.jpg)






