Nida.az
Ombudsman Qaradağlı faciəsi ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış etdi
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qaradağlı faciəsinin 30-cü ildönümü ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.
Ombudsman Aparatından Publika.az-a verilən məlumata görə, müraciətdə bildirilib ki, Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi Qaradağlı soyqırımından 30 il ötür.
"1992-ci il fevralın 17-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndinə hərbi təcavüz etməklə mülki əhaliyə qarşı soyqırım cinayəti törətmişdir. Bu qanlı cinayət nəticəsində Qaradağlı kəndi işğal olunaraq yandırılmış, 118 nəfər dinc sakin girov götürülmüş və onlardan 68 nəfəri amansızcasına qətlə yetirilmişdir. Ermənistanın hərbi-siyasi rəhbərliyinin azərbaycanlılara qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin davamı, Azərbaycan xalqına bəslədiyi nifrətin ifadəsi olan Qaradağlı soyqırımına beynəlxalq qurumlar tərəfindən hüquqi qiymət verilməli, sülh və bəşəriyyət əleyhinə yönəlmiş bu cinayət əməlini törədənlər beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməlidirlər", - deyə çağırışda qeyd olunub.
-
İKT20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop14:38Başı bəladan qurtulmayan 4 bürc
-
Hadisə13:45Məktəb qarşısında naməlum şəxs uşaqlara konfet paylayıb? - DİN-dən açıqlama







.jpg)






.webp)

.webp)

















.jpg)

