Nida.az
Yeni başçı bu məşhur şəxsin nəvəsidir - DOSYE - VİDEO
Video əlavə olunub.
Publika.az Prezident İlham Əliyevin sərəncamı ilə Kürdəmir, Nizami və Nərimanov rayonlarına təyin olunan icra hakimiyyəti başçılarının dosyelərini təqdim edir:src="/storage/files/upload/051891dd2a5732a30081e3983ceb44581ca367d9.jpg" style="width: 626px; height: 703.207px;" class="fr-fic fr-dib fr-fil">
Elxan Oqtay oğlu İbrahimov. Prezident İlham Əliyevin sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Elxan İbrahimov 2020-ci ilin 13 aprelindən bu günə qədər Şamaxı Rayon İcra Hakimiyyətində başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini icra edib. E.İbrahimov daha əvvəl Azərbaycanda bir neçə holdinqdə iqtisadiyyat və maliyyə işləri üzrə rəhbər vəzifələrdə çalışıb. Azərbaycan Kooperasiya Universitetində təhsil alan Elxan İbrahimov sonradan təhsilini İsveçin Stokholm İqtisadiyyat Məktəbində davam etdirib, rus və ingilis dillərində sərbəst danışır. Ailəlidir, 3 övladı var.
Qeyd edək ki, Elxan İbrahimov əslən şamaxılı, sovetlər dövründə tanınmış katiblərdən olan, o cümlədən Şamaxıda ikinci katib, Bərdə, Ağdaş, Daşkəsən və Goranboy rayonlarında isə birinci katib vəzifəsində işləmiş Xəlfə İbrahimovun nəvəsidir.
Coşqun Adil oğlu Cəbrayılov. Prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Coşqun Cəbrayılov bu təyinata qədər 2018-ci ilin sentyabrından Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışırdı.
src="/storage/files/upload/b1109274d0f4a87267747930dc1bfb0b1267e214.jpg" style="width: 588px; height: 368.48px;" class="fr-fic fr-dib">
C.Cəbrayılov həmçinin Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. O, daha əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətində də bu vəzifəni icra edib.
src="/storage/files/upload/96721b12816af30f3208e32a3e397e10feee14aa.jpg" style="width: 670px; height: 419.867px;" class="fr-fic fr-dib fr-fil">
Elgin Şirin oğlu Həbibullayev. Prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Elgin Həbibullayev bu vəzifəyə təyin olunana qədər 2018-ci il 29 sentyabrdan Bakı şəhər İcra Hakimiyyətində Aparat rəhbəri vəzifəsini icra edirdi. E.Həbibullayev həmçinin 2015-ci ilə qədər Sumqayıt şəhəri İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, icra başçısının müavini vəzifəsini icra edib.
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
-
MDB13:55İki yaşlı qız ailəni ölümdən xilas etdi - FOTO
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
































.jpg)




