Nida.az
Bakı mövqeyini daha da gücləndirir
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya rəsmi səfər çərçivəsində bu gün Prezident Vladimir Putinlə görüşəcək. Görüş zamanı tərəflərin Qarabağla bağlı razılaşmaların icrasını müzakirə edəcəyi gözlənilir. Görüşün diqqətçəkən məqamı isə Putin və Əliyev arasında danışıqların yekununda müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin imzalanmasıdır.
Bakını Moskva bəyannaməsini imzalamağa nə vadar edir?
Politoloq Turan Rzayev Publika.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Rusiyaya səfəri gözlənilməz deyil:
“Hələ 2021-ci ilin iyununda Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanarkən oxşar sənədin Azərbaycanla Rusiya arasında imzalanması da gözlənilirdi. Yəni, bununla bağlı iş 2021-ci ilin əvvəlindən başlayıb. Prezident İlham Əliyev hələ 2021-ci ilin sonu Yeni illə bağlı xalqa müraciətində Rusiya-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə qalxacağını anons etmişdi. Digər tərəfdən, səfər öncəsi tərəflərin Qarabağla bağlı razılaşmaların icrasını müzakirə edəcəyi və danışıqların yekununda müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin imzalanması barədə ilkin informasiyanın yayılması bu səfərin çox öncədən planlaşdırıldığını sübut edir. Nəzərə almaq lazımdır ki, imzalanacaq sənədin hazırlanması və razılaşdırılması uzunmüddətli iş tələb edir”.
src="/storage/files/upload/a37d77655301eb1559fde075fe8fd7666310536a.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
Politoloqun fikrincə, indiki məqamda rəsmi Bakının Kremllə “Müttəfiqlik əməkdaşlığı haqqında Moskva Bəyannaməsi”ni imzalamaqda konkret maraqları var:
“Birincisi, aydın məsələdir ki, hazırda Azərbaycanın əsas müttəfiqi Türkiyədir. Rəsmi Bakı faktiki olaraq Kremlə əsas seçiminin Türkiyə olduğunu, bununla belə, illərdir regionda qoruduğu “balans siyasətinə” sadiq qaldığını göstərir. Yəni, Azərbaycan tərəfi Kremlə Moskva Bəyannaməsi ilə hər zaman olduğu kimi, bundan sonra da anti-Rusiya cəbhəsində yer almayacağının zəmanətini verir. İkincisi, Azərbaycan bu sənədlə hər şeydən öncə Ermənistana böyük zərbə vurmuş oldu. Məsələ ondadır ki, KTMT üzvü olan Ermənistan az qala hər vəchlə başda Rusiya olmaqla, ittifaq ilə Azərbaycanı üz-üzə qoymağa çalışır. Xüsusilə 44 günlük müharibə zamanı biz bunu aydın şəkildə müşahidə etdik. Rəsmi İrəvan faktiki olaraq müharibə zamanı Azərbaycan ərazilərini atəşə tutaraq savaşı öz ərazisinə çəkmək, bu yolla da KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndindən istifadə etməyə çalışırdı. Azərbaycan Rusiya ilə “Müttəfiqlik əməkdaşlığı haqqında Moskva Bəyannaməsi” imzalamaqla faktiki olaraq Ermənistanı bu imkandan tamamilə məhrum etdi. Üçüncüsü, Azərbaycanın Rusiya ilə “Müttəfiqlik əməkdaşlığı haqqında Moskva Bəyannaməsi”ni imzalamaq qarşılığında Kremldən nələrsə gözlədiyi bəllidir. Görüş zamanı tərəflərin Qarabağla bağlı razılaşmaların icrasını müzakirə edəcəyi haqda ilkin məlumatlar verilir. Belə bir nəticəyə gəlmək olar ki, rəsmi Bakı sazişi imzalamaq müqavilində Kremldən Qarabağ məsələsində nələrsə tələb edəcək. Bakının istədiyi yekun sülh sazişinin imzalanmasını sürətləndirə də bilər. Dördüncüsü, hesab edirəm, bu müqavilə Azərbaycanı daha da gücləndirəcək. Məsələ ondadır ki, Türkiyə və Rusiya ilə müttəfiq olmaq, eyni zamanda Avropa İttifaqı ilə ikitərəfli saziş imzalamaq Azərbaycana regionda daha effektiv xarici siyasət yeritmək imkanı verəcək. Rəsmi Bakı eyni zamanda regionun iki aparıcı ölkəsi ilə müttəfiq olaraq öz təhlükəsizliyini tam qarant altına almış olacaq.
“Bakının Moskva Bəyannaməsini imzalaması Ankara ilə münasibətləri korlaya bilərmi” sualına Turan Rzayevin cavabı birmənalı olub:
“Hesab edirəm ki, Bakının Moskva Bəyannaməsini imzalaması Ankara ilə münasibətləri korlamayacaq. Məsələ ondadır ki, Azərbaycanın regionda əsas müttəfiqi Türkiyədir. Hesab edirəm, rəsmi Bakı Rusiya ilə “Müttəfiqlik əməkdaşlığı haqqında Moskva Bəyannaməsi”ni imzalamadan öncə Türkiyə tərəfi ilə müvafiq məsləhətləşmələr aparıb. Prinsip etibarilə Azərbaycan ilə Rusiyanın Şuşa Bəyannaməsi bənzəri bir bəyannamə imzalaması Ankaranın da maraqlarına uyğundur. Məsələ ondadır ki, i̇ndiki mərhələdə Azərbaycan NATO üzvü olan Türkiyə ilə Rusiya arasında körpü rolunu oynayır. Azərbaycanın indiki mərhələdə Rusiya ilə də Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi bənzəri bəyanat imzalaması iki ölkə arasında qurulan ittifaqın Rusiyaya qarşı olmadığını bir daha isbat etmiş oldu”.
Politoloq hesab edir ki, Azərbaycanın Rusiya ilə “Müttəfiqlik əməkdaşlığı haqqında Moskva Bəyannaməsi”ni imzalaması rəsmi Bakının Kremlin qurmaq istədiyi “ittifaq dövləti” modelinə qoşulması demək deyil:
“Bir nüansı qeyd etmək lazımdır ki, rəsmi Bakı Qoşulmama Hərəkatına üzvdür. Yəni, Azərbaycan genişçaplı ittifaqlarda yer ala bilməz. Digər tərəfdən, Azərbaycanın belə bir niyyəti olsa idi, çoxdan KTMT-yə üzv olardı. Rəsmi Bakı bütün hallarda Qoşulmama Hərəkatının üzvü və sədridir. Təsadüfi deyil ki, 2021-ci ildə QH üzvləri Azərbaycana müraciət edərək sədrliyi əlavə 1 il müddətinə həyata keçirməyi xahiş edib, Azərbaycan isə bu təkliflə razılaşıb”.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO