Nida.az
Terrorçular zərərsizləşdiriləcək: Bakı Moskva ilə...
"Azərbaycanla Rusiya arasında imzalanmış olan bəyannamə hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır".
Bunu Publika.az-a açıqlamsında politoloq Qabil Hüseynli deyib.
- Qabil bəy, Azərbaycanla Rusiyanın imzaladığı bəyannamə gələcək üçün nələri vəd edir?
- Bu sənəd vasitəsi ilə Azərbaycanın ərazi bütövlüyünün tanınması bir daha vurğulanıb. Hər iki dövlət bu razılaşma ilə bir-birilərinə iqtisadi və siyasi yardım etmək öhdəliyini öz üzərlərinə götürürlər. Azərbaycan bu sənəddən istifadə edərək Qarabağda olan separatçıları da torpaqlarımızdan kənarlaşdıra bilər. Bu razılaşma həm də, Ermənistanla sülh yaratmaq prosesini daha da sürətləndirəcək. Yəni sərhədlərin dəqiqləşdirilməsi və komunikasiya vasitələrinin açılması məsələsi tez bir zamanda öz həllini tapacaq. Qısaca onu demək olar ki, Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında imzalanmış olan bəyannamə hər iki ölkə üçün ciddi əhəmiyyət kəsb edir. Ölkəmiz bu sənəddən istifadə edərək Ermənistanın yaratdığı problemləri aradan qaldıracaq.
- Bəs mövcud imzalanmış sənədə əsasən Qarabağın dağlıq hissəsindəki silahlı terrorçu dəstələrin çıxarılması və ya tərk-silah edilməsi prosesi sürətlənə bilərmi?
- Qarabağda yerləşən separatçıların sayının on mindən artıq olduğu iddia edilir. Həmin terrorçular Azərbaycan üçün ciddi problemlər yarada bilər. Hətta onlar indiki zamanda da Qarabağ daxilində toqquşmalar yaradırlar. Rusiya sülhməramlıları ilə birlikdə Azərbaycan ordusu terrorçuları ərazilərimizdən kənarlaşdıra bilər. Yəni gələcək zamanlarda Silahlı Qüvvələrimiz anti-terror əməliyyatı keçirə bilər. İki ölkə arasında razılaşma olsa, sülhməramlılar qarışmadan ordumuz separatçıları tərk-silah edəcək. Bu cür addımların atılması regionda sülhün yaranmasına öz tövhəsini verəcək.
- Azərbaycanın həm Türkiyə və Rusiya, həm də Avropa ittifaqı ilə razılaşma əldə etməsi gələcək üçün hansı perspektivlər vəd edir?
- Azərbaycan çox vektorlu siyasət yürüdür və bütün güc mərkəzləri ilə münasibətlərini inkişaf etdirir. Prezident İlham Əliyev Rusiyaya getmədən öncə Avropa Birliyinin böyük nümayəndə heyyətini qəbul edib, münasibətlərin inkişafı ilə bağlı xeyli müzakirələr apardı. Hətta, yaxın vaxtlarda ölkəmiz ilə Avropa İttifaqı arasında olan əlaqələrin intensivliyinə şahid olacağıq. Azərbaycan son dövrlərdə İranla olan münasibətləridə inkişaf etdirib. Rusiya ilə bağlanmış olan son müqavilə isə münasibətlərin müttəfiqlik səviyyəsinə gəlib çatmasına kömək edir. Azərbaycan Qoşulmama Hərəkatının lideri kimi dünya ölkələri ilə münasibətləri inkişaf etdirməyə maraqlıdır.
- Azərbaycan ilə Rusiya arasında imzlanmış olan bəyannamə Ermənistanın təxribat yönümlü münasibətinə təsir edəcəkmi?
- Rusiya indiyə qədər ermənipərəst siyasət həyata keçirib. Müharibədən sonraki dövrdə isə adı çəkilən ölkə ilə əlaqələrimiz daha da inkişaf etməyə başladı. Ermənistan ərazisində Rusiyanın hərbi bazaları mövcuddur. Bu səbəblərə görə indiyə qədər ermənilər özlərini ərköyün aparırdılar, Araik Harutyunyanın tez-tez Moskvaya getməsi ruslarla ermənilər arasında olan əlaqələrin səviyyəsindən xəbər verirdi. Ancaq Azərbaycanla Rusiya arasında imzalanmış olan bəyannamə onların bu hərəkətlərinin qarşısını alacaq. Separatçıların "başçısı" Araik Harutyunyan haqqında prokurorluq daxilində kifayət qədər sübutlar var və onun həbs olunması məsələsi qısa zamanda həll olunacaq. Azərbaycan bu məsələ haqqında ciddi addımlar atır.
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...