Nida.az
Rusiya, yoxsa Ukrayna: hansı daha güclüdür? - MÜQAYİSƏ
Hazırda dünya gündəmini Rusiya-Ukrayna savaşı zəbt edib.
Publika.az bunun fonunda “Global Firepower”ə istinadla iki ölkənin hərbi gücünün müqayisəsini təqdim edir:
Rusiya ordusu dünya reytinqində ikinci, Ukrayna isə 25-ci yerdədir.
141 milyon əhalisi olan Rusiyanın ümumi hərbi personalı 3 milyon 569 min, aktiv əsgərlərinin sayı isə 1 milyon 14 min nəfərdir.
Təxminən 44 milyon əhalisi olan Ukraynanın ümumi hərbi personalı 1 milyon 245 min, aktiv əsgərlərinin sayı isə 255 min nəfərdir.
İki ölkə arasında aktiv kadrların sayındakı fərq Rusiyanın xeyrinə 759 min nəfərdir.
Rusiyanın ehtiyat kadrları iki milyon, Ukraynanın ehtiyat personalı isə 900 min nəfərdir.
Hərbiləşdirilmiş güc baxımından Rusiya 555 min, Ukrayna isə 90 min səviyyəsindədir.
Rusiyanın müdafiə xərcləri 42 milyard 149 milyon dollar, Ukraynanın müdafiə büdcəsi 9 milyard 600 milyon dollardır.
Ukraynanın xarici borcu 130 milyard dollar olduğu halda, Rusiyanın xarici borcu 539 milyard 600 milyon dollardır. Xarici borc baxımından Ukrayna Rusiyadan 409 milyard 600 milyon dollarla daha yaxşı vəziyyətdədir.
Digər tərəfdən Rusiyanın 432 milyard 700 milyon dollar valyuta ehtiyatı olduğu halda, Ukraynanın valyuta ehtiyatı 18 milyard 810 milyon dollardır.
Alıcılıq qabiliyyəti paritetinə görə dünyada altıncı yerdə olan Rusiyanın 4 trilyon 025 milyard gücü var. Dünyada 48-ci yerdə olan Ukraynada bu baxımından rəqəm 378 milyard 450 milyon dollardır.
Rusiyanın 4 min 144, Ukraynanın isə cəmi 285 təyyarəsi var.
Həmçinin, Rusiyanın 789, Ukraynanın isə 42 döyüş təyyarəsi var. Aralarındakı fərq 747-dir.
Qlobal atəş gücü reytinqində dünyada ikinci yerdə olan Rusiyanın 742, Ukraynanın isə 25 hücum təyyarəsi var.
Rusiyanın 1540, Ukraynanın 111 helikopteri, Rusiyanın 538, Ukraynanın isə 34 hücum helikopteri var.
Tank gücünə görə dünyada lider olan Rusiyanın 13 min tankı var. Ukraynanın 2430 tankı var.
Rusiyanın 27 min zirehli texnikası, Ukraynanın 11 min 435 zirehli maşını var.
Özüyeriyən artilleriyaya görə dünyada birinci yerdə olan Rusiyanın 6 min 540, Ukraynanın isə 785 topu var.
Rusiyanın 4465, Ukraynanın isə 2040 yedəkli artilleriyası var.
Ukraynanın təyyarədaşıyan gəmisi yoxdur, Rusiyanın isə təyyarədaşıyan gəmisi var.
Rusiyanın 64 sualtı qayığı olduğu halda, Ukrayna ordusunun sualtı qayığı yoxdur.
Ukraynanın bir, Rusiyanın isə 11 freqatı, Rusiyada 85, Ukraynada isə 0 korvet var.
Rusiya 48 mina gəmisinə sahib olduğu halda, Ukraynanın inventarında bu gəmidən yoxdur.
-
ABŞ02:12ABŞ-da qismən şatdaun ləğv edildi
-
Qoroskop00:00Günün ulduz falı - Gizli düşmənlərə qarşı diqqətli olun
-
Magazin13 Fevral 23:00“Eşref Rüya”da şok ayrılıq - Foto
-
Magazin13 Fevral 22:36Alim Qasımovla yeni qohum olan kürəkən iş axtarır - Video
-
İdman3 Fevral 20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin13 Fevral 20:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial3 Fevral 19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil3 Fevral 19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO

























.jpg)












