Nida.az
Moskva Bəyannaməsi münasibətləri yeni səviyyəyə yüksəldir
Prezident İlham Əliyevin rəhbərliyi ilə son 18 ildə həyata keçirilən xarici siyasət kursu ölkəmizi dünya birliyində söz sahibinə çevirib. Bu gün Azərbaycanın razılığı olmadan regionda hər hansı bir iri infrastruktur layihənin reallaşdırılması mümkün deyil. Azərbaycan Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə regionda yeni reallıqlar yaradıb. Artıq bütün dünya bu reallıqları qəbul edir.
Bu fikirləri Publika.az-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.
O deyib: “Bu gün Azərbaycanda nəzərdə tutulmuş layihələr uğurla icra olunur. Məhz bu uğurlar ölkəmizin dünya birliyindəki reytinqini daha da yüksəldib. Bu gün respublikamızla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı durmadan artır. Qoşulmama Hərəkatının üzvü və fəaliyyətdə olan sədri kimi Azərbaycan tam neytral, öz milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət yürüdür. Respublikamızın digər dövlətlərlə münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib”.
“Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamənin əhəmiyyətindən danışan hüquq müdafiəçisi qeyd edib ki, dövlət başçımız Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində xalqa müraciətində Rusiya ilə əlaqələrin daha da möhkəmləndiriləcəyini və münasibətlərin yeni mərhələyə qədəm qoyacağını demişdi.
Ç.Qənizadə bildirib ki, bu sənəd Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasətin növbəti təzahürüdür. Azərbaycan son illər çoxşaxəli müstəqil siyasəti, region ölkələri və beynəlxalq aləmlə isti münasibətləri dünyanın super gücə malik dövlətlərinin rəhbərlərinin də diqqətini cəlb edib. Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi vəzifələrdəndir. Vətən müharibəsində tarixi Zəfər qazanılmasında da bu amil mühüm rol oynayıb.
Azərbaycan və Rusiya prezidentləri arasında qarşılıqlı hörmətə və etimada əsaslanan dostluq münasibətlərinin formalaşdığını söyləyən Ç.Qənizadə deyib: “Bir neçə gün əvvəl imzalanan Moskva Bəyannaməsi bu dostluğun yüksək səviyyədə olmasının bariz nümunəsidir. Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbədən sonra Cənubi Qafqazda artıq yeni bir regional nizam, konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas aparıcıları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, Azərbaycanın hər iki qonşu ölkə ilə müttəfiqlik bəyannaməsi imzalaması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir.
Bu sənədə əsasən iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurur. Eyni zamanda, müttəfiqlik münasibətlərinə xələl gətirən, o cümlədən bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinmək, öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa dair öhdəlik götürürlər. Bu faktlar Moskva Bəyannaməsinin ölkəmiz üçün əhəmiyyətli olduğunu təsdiqləyir. Beləliklə, Moskva Bəyannaməsi ilə Azərbaycan-Rusiya münasibətləri keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir”.
-
Sosial23:24
Sevgilisindən 836 min manat tələb edən tiktoker HƏBS OLUNDU
-
Region23:00
Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI
-
Sosial22:20
Çingiz Şəfiyev vəfat etdi - FOTO
-
Magazin221:24
Türkiyənin ən varlı məşhurları onlar imiş... - ADLAR
-
İdman20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"