Nida.az
Deputatlarımızın bu addımı ermənilərdə şok effekti yaratdı - RƏY
“Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının İrəvan səfəri çox mühüm bir səfər oldu. Birmənalı şəkildə AVRONEST Parlament Assambleyasının Ermənistanda keçirilən iclasına azərbaycanlı deputatın rəhbərlik etməsi çox təqdirəlayiq bir haldır”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Deputatın sözlərinə görə, bundan əvvəl ərazi bütövlüyü pozulmuş bir ölkənin nümayəndəsi kimi bu iclaslarda iştirak edirdiksə, bu dəfə qalib xalqın qalib qanunverici orqanının nümayəndələri kimi iştirak etdik: “Təbii ki, ermənilərin Azərbaycan parlamentarilərinə qarşı münasibətləri birmənalı deyildi. Küçələrdə mitinqlər, deputatların qaldığı hotelin qarşısında etiraz aksiyaları bir daha göstərdi ki, ermənilər azərbaycanlılara qarşı təxribat və aqressiya dolu siyasətlərindən əl çəkmirlər”.
A.Nağıyev vurğulayıb ki, deputatlarımızın tarixən Azərbaycana məxsus Göy məscidə ziyarəti, onu məhz Azərbaycanın mədəni irsi kimi təqdim etməsi, söhbətlər zamanı İrəvandakı 8 məsciddən 7-nin məhv edilməsi, geriyə sadəcə Göy məscidin qalması barədə məlumatlar ermənilərdə ciddi şok effekti yaratdı: “Bu şəkildə belə ermənilər öz xülyalarından, qondarma tarixlərindən geri durmaq istəmirlər. Lakin atılan bütün addımlar və verilən reaksiyalar göstərir ki, biz düz yoldayıq, regional proseslərdə də lazımınca iştirak etməliyik və edirik”.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı






.jpg)


























.jpg)

.jpg)