Nida.az
Azərbaycan vəziyyətin diplomatik həllinə tərəfdardır - Yaşar Əliyev
Azərbaycan Rusiya və Ukrayna arasında müharibə ətrafında yaranmış vəziyyətin beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən suverenliyə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətlə, tam uyğun, sülh yolu ilə diplomatik vasitələrlə həllinin tərəfdarıdır.
Publika.az xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki nümayəndəsi Yaşar Əliyev təşkilatın Baş Assambleyasının 11-ci fövqəladə xüsusi sessiyasında çıxışı zamanı deyib.
“Ukrayna və onun ətrafında vəziyyət həddindən artıq narahatlıq doğurur və bu, gərginliyin azaldılması, beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həllinin tapılması üçün təcili tədbirlərin görülməsini tələb edir. Azərbaycan mövcud böhranın xüsusilə mülki əhali arasında əhəmiyyətli itkilərə səbəb olmaqda davam etməsindən dərin təəssüf hissi keçirir. Ölən və yaralananların ailələrinə başsağlığı veririk.
Biz beynəlxalq humanitar hüquqa ciddi riayət etməyə çağırırıq. Vətəndaşların həyatı və mülki infrastruktur hər zaman qorunmalı və təmin olunmalıdır. İnkişaf edən humanitar böhran mövcud vəziyyətin mülki əhaliyə təsirini yumşaltmaq üçün sürətli tədbirlər görməyi tələb edir. Bu anlaşmaya əsaslanaraq, Azərbaycan artıq Ukrayna xalqına dərman, tibbi avadanlıq və digər zəruri əşyalarla ikitərəfli əsasda humanitar yardım göstərib”, - bəyanatda deyilir.
Yaşar Əliyev qeyd edib ki, dövlətlər arasında dostluq və əməkdaşlığa aid beynəlxalq hüququn norma və prinsiplərinə ciddi əməl olunması, dövlətlərin üzərinə götürdüyü öhdəliklərin vicdanla yerinə yetirilməsi beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunması üçün mühüm əhəmiyyət kəsb edir. “Ona görə də Azərbaycan vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün bir daha təcili dialoqa çağırır və tərəflər arasında birbaşa danışıqların aparılmasının vacibliyini vurğulayır”, - bəyanatda vurğulanır.
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi










.jpg)

























.jpg)


