Nida.az
Danışıqlar ciddi səmərə verməyəcək - Şərh
“Düşünmürəm ki, Rusiya ilə Ukrayna arasında əldə edilmiş danışıqlar hərbi münaqişənin gedişatına ciddi təsir göstərəcək”.
Bunu Publika.az-a açıqlamasında siyasi şərhçi Elşən Manafov deyib.
src="/storage/files/upload/ef7dbc0177659144ad38a7b1120069b5bbc89696.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
Ekspertin sözlərinə görə, razılıqlar daha çox müharibə dönəmində humanitar xarakterli tədbirlərin həyata keçirilməsinə hesablanıb: “Tərəflər də atəşkəsin qüvvədə olduğu müddətdə həmin razılıqların həyata keçirilməsi istiqamətində müəyyən addımlar atmağa çalışacaqlar. Lakin danışıqlar zamanı Rusiyanın irəli sürdüyü tələblər var ki, Ukrayna mütləq Rusiyanın Krım üzərində suverenliyini tanımalıdır, ardınca isə Ukrayna ordusunun silahsızlaşdırılmasının tələb olunması iki ölkə arasında münasibətlərin qeyri-stabil qalmasına səbəb olacaq.
Həmçinin, Donbas və Luqansk ətrafında Ukrayna və məlum respublikalar arasında sərhədlərin müəyyənləşdirilməsi tələbi də Rusiya gündəmindədir. Ukrayna iqtidarının qərbyönümlü olmasını və Qərbdən aldığı tapşırıqlar əsasında hərəkət etdiyini nəzərə alsaq, danışıqlar ciddi səmərə verməyəcək. Bu mənada hərbi əməliyyatların davam etdiriləcəyi istisna deyil”.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)