Nida.az
Antalya görüşü bu baxımdan mühümdür - Deputat
“Rusiya və Ukrayna arasında başlanan müharibənin qarşısını vaxtında almaq mümkün idi. Amma təəssüf ki, bu şans əldən verildi və nəticədə bu gün çox böyük fəlakətlər yaşanmaqdadır. Ona görə də müharibənin qarşısının alınmasına yönəlmiş istənilən görüş olduqca böyük əhəmiyyət kəsb edir. Düzdür, Ukrayna və Rusiya arasında 3 dəfə danışıqlar oldu, lakin bu danışıqlar daha aşağı səviyyəli danışıqlar idi və elə də ciddi bir nəticə vermədi”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputatın sözlərinə görə, Türkiyənin Antalya şəhərində keçiriləcək diplomatik forum çərçivəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba arasında danışıqlar baş tutacaq: “Bu, Türkiyə Prezidenti Ərdoğanın təşəbbüsü ilə baş tutacaq görüşdür. Görüş öncəsi iki ölkə arasında atəşkəs məsələləri də gündəmə gəlib. Belə ki, danışıqların keçiriləcəyi zaman nəticəni gözləmək lazımdır və bunun üçün də hərbi intensivlik aşağı salınmalıdır. Məsələ ilə əlaqədar bu cür ilkin mövqelər var və buna nə qədər əməl ediləcəyi isə başqa mövzudur. Hesab edirəm ki, bu görüşün çox böyük əhəmiyyəti var. Birinci əhəmiyyəti ondan ibarətdir ki, görüş Türkiyədə keçirilir. Türkiyə bu müharibənin dayandırılması və sülhün əldə edilməsi prosesində fəaldır. İkincisi isə Prezident Rəcəb Tayyib Ərdoğan təxminən 20-ə qədər ölkə ilə, xüsusilə Rusiya Prezidenti Vladimir Putin, həmçinin Ukrayna Prezidenti Vladimir Zelenski ilə dəfələrlə bu istiqamətdə ciddi danışıqlar aparıb. İndi isə müharibə edən tərəflərin xarici işlər nazirlərinin görüşü üçün yaxşı şans yaranıb. Bu günə kimi bu iki nazirin görüşü çox müşkül məsələ hesab olunurdu”.
E.Nəsirov vurğulayıb ki, artıq Zelenskinin mövqeyində də bir qədər yumşalmalar var: “Zelenski Donbasla, Krımla bağlı məsələlərə yenidən baxılması, yeni yanaşmalar ortaya qoyulması üçün yeni ideyalarla çıxış edir. Hansı ki, əvvəllər bu ideyalar ümumiyyətlə yox idi. Bu da müəyyən ümidlər yaradır ki, bu istiqamətdə kompromislər əldə edilsin. İstənilən halda kompromisə getmədən məsələnin həlli mümkün deyil. Bu müharibədə bir tərəfin diktəsi ilə nəsə əldə etmək imkansızdır. Ona görə iki tərəfin də qarşılıqlı şəkildə güzəştə getməyi vacibdir. Hesab edirəm ki, Antalya görüşü bu baxımdan çox mühümdür və istisna deyil ki, nəzərdə tutulan görüş növbəti daha ali səviyyəli görüşlərin keçirilməsi üçün mühüm baza rolunu oynayacaq”.
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq
-
Region11:12Rubio İrəvana gəlir: Ruslara akkreditasiya verilmədi
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO
-
Sosial09:42QMİ Qurban bayramı ilə bağlı fətva verdi
-
Maraq dünyası09:12Mayın sonuna qədər sərvət qazanacaq - BÜRCLƏR
-
Sağlamlıq07:35Bu vitaminlə bağlı bildiyiniz hər şeyi unudun! - Yeni araşdırmanın nəticələri şok etdi
-
Sosial06:46Ay ərzində ən azı bu qədər xərc çıxır... - 8 uşaqlı ailədən reportaj
-
ABŞ03:18Tramp bu dəfə Obamaya söz atdı











.jpg)





.jpg)



















