Nida.az
Qarabağdakı terrorçular üçün “geri sayım” başladı - DETALLAR
Politoloq İlqar Vəlizadə Publika.az-a müsahibəsində deyib ki, bu gedişlə Azərbaycan Ordusu sülhməramlılarla birgə Qarabağda anti-terror əməliyyatları keçirə bilər.
Müsahibəni təqdim edirik:
- İlqar bəy, ermənilərin silsilə təxribatları fonunda Qarbağda baş verən gərginliklərin sonu nə ilə nəticələnə bilər?Çoxlarının gözlədiyi anti-terror əməliyyatlarına “yaşıl işıq” yandırılacaqmı?
- Görünən odur ki, Qarabağdakı qanunsuz hərbi birləşmələrə qarşı anti-terror əməliyyatları qaçılmaz olacaq. Çünki baş verən təxribatların sonu gəlməlidir. Bu da həmin terrorçu qrupların məhv olması ilə nəticələnməlidir. Bunun başqa variantı yoxdur. Erməni tərəfi Azərbaycana başqa cür davranış imkanları tanımır. Eyni zamanda, ermənilər bizə başqa manevr imkanları da vermir. Biz tez-tez bununla bağlı bölgədəki rusiyalı sülhməramlılar qarşısında məsələlər qaldırırıq. Bundan başqa, son gərginliklərlə bağlı onlara da xəbərdarlıq olunub. Artıq ermənilərin kritik təxribatları səbr kasasını da daşırır - demək istəmirəm, amma bunların hamısı faktlardır. Faktlar üst-üstə gəldikcə kritik həcm yaranır. Yəqin ki, ermənilərin axırıncı təxribatlarından sonra rusiyalı sülhməramlılar qarşısında qəti tələblər qoyulacaq. Yəni, təxribatların qarşısını almaq üçün tədbirlər görməliyik, anti-terror əməliyyatları keçirməliyik.
src="/storage/files/upload/992ea7bba750ce259fca2f958117a5e0616a25b0.jpg" style="width: 459px; height: 343.63px;" class="fr-fic fr-dib">
- Belə düşünmək olar ki, yaxın vaxtlarda anti-terror əməliyyatları qaçılmaz olacaq?
- Bəli. Çünki bizə başqa cür davranmaq şansı buraxmayıblar. Ona görə də bu cür təxribatçı addımların sərt cavabı olmalıdır.
- Yadınızdadırsa, sülhməramlılar da Azərbaycan tərəfini müzakirələrə dəvət etmişdilər. Bu müzakirələr nədən ibarət olacaq?
- Əslində, müzakirələrlə həll olunmalıdır. Ona görə ki, sülhməramlı kontingent Qarabağda məhz buna görə fəaliyyət göstərir. Yəni, onların müvəqqəti yerləşdikləri ərazilərdə hər hansı insident baş verməsin. İlk növbədə Azərbaycan Ordusunun əsgərləri ilə rusiyalı sülhməramlılar arasında hər hansı gərginlik yaşanmasın. Eyni zamanda, bölgədə, Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də fəaliyyət göstərir. Bu qurum da müəyyən dərəcədə gərgin fonda gerçəkləşən hadisələrin qarşısını almağa hesablanıb. Düşünürəm ki, danışıqlar aparılmalıdır, amma bu müzakirələrin bir nəticəsi olmalıdır. Nəticəsiz danışıqların heç bir mənası yoxdur. Əgər sülhməramlılar bu cür insidentlərin baş verməsini istəmirlərsə, bizim məsələyə qarışmağımızı arzulamırlarsa, o zaman özləri Qarabağdakı qanunsuz silahlı birləşmələri oradan çıxarsınlar. Yəni, təxribatçıları neytrallaşdırsınlar. Bu, onların – sülhməramlıların öz işidir. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin imkanlarından istifadə edərək məsələni qaydasına salmaq mümkündür. Bunun çıxış yolu ancaq odur. Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin hər hansı formada regionda qalması yolverilməzdir. Bununla bağlı danışıq aparıla bilməz. Nədən danışacaqlar?! Həmin separatçıların oradan çıxmaları üçün onlara kifayət qədər vaxt verilib. İl yarım vaxt keçib. Həmin qanunsuz silahlı birləşmələr yenə də oradadır. Deməli, sülhməramlıların fəaliyyəti qənaətbəxş sayıla bilməz.
- Necə düşünürsünüz, anti-terror əməliyyatları sülhməramlılarla birgə aparılmalıdır, yoxsa?
- Bəli, sülhməramlılarla birgə aparılmalıdır. Əslində belə olmalıdır. Çünki ortada razılaşmalar var və biz həmin razılaşmaları pozmaq istəmirik. Hər halda bu proses zamanı sülhməramlılara rəsmi şəkildə müraciət edəcəyik. Onları da prosesə cəlb etmək mümkündür. Əgər sülhməramlılar bundan imtina etsələr, bu, başqa məsələ... Vəziyyətin sabitləşməsi, qanunsuz birləşmələrin zərərsizləşdirilməsi bizim istəyimizdən əlavə, sülhməramlıların vəzifə borclarıdır.
- Müdafiə Nazirliyi ancaq hərbi infrastrukturları zərərsizləşdirdiyini açıqladı. Bu o deməkdirmi ki, Azərbaycan bu istiqamətdə müəyyən təmizləmə işlərinə başlayıb?
- Əlbəttə. Erməni tərəfi tutaq ki, hansısa hərbi obyekt qurur, üzərinə də “uşaq baxçası”, “məktəb” yazır. Bu o demək deyil ki, onlar həqiqətən də məktəbdir və ya uşaq baxçasıdır. Adını nə qoyurlarsa qoysunlar, mahiyyət etibarı ilə bunlar hərbi obyektlərdir. Bizim həmin zolaqda atdığımız addımların hamısı operativ vəziyyətə bağlı olan tədbirlərdir. Son təxribatlar bu cür addımların atılmasını tələb edir. Əgər sərt addımlar atmağımızı istəmirlərsə, öz xoşları ilə çıxıb getsinlər. Əlimizdə kifayət qədər dəlillər mövcuddur. Həmin dəlillər də göstərir ki, Qarabağda xeyli sayda qanunsuz silahlı, terrorçu birləşmələr var. Bunu özləri də etiraf edirlər. Deməli, bu etirafı özləri də səsləndirirlərsə, bu, bizə imkan verir ki, həmin qanunsuz birləşmələr neytrallaşdırılsın. 10 noyabr üçtərəfli bəyanatında da göstərilir ki, qanunsuz separatçı birləşmələr orada olmamalıdır. Yenə də deyirəm, burada hər şey açıq-aydındır və heç kim heç nəyi gizlətmir. Əgər ermənilər Qarabağda yenidən “ordu quruculuğu” ilə məşğuldursa, deməli, üçtərəfli sazişə əməl olunmur. Son addımlarla bunu etiraf edirlər. Bu o deməkdir ki, Azərbaycana başqa çıxış yolu qoymurlar.
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...