Nida.az
ABŞ Azərbaycanla əlaqələrə xüsusi diqqət yetirir - Deputat
ABŞ Prezidentinin Azərbaycanın dövlət başçısına ünvanladığı məktubun məzmunundan bir daha aydın olur ki, adıçəkilən ökə həyata keçirdiyimiz siyasəti dəstəkləyir.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.
Deputat qeyd edib ki, ABŞ Azərbaycanla olan əlaqələrə xüsusi diqqət yetirir: "Amerika Prezidenti Co Bayden Azərbaycanın əməkdaşlıq, sülh və təhlükəsizlik məsələlərinə verdiyi töbhələri yüksək qiymətləndirir. Yəni Azərbaycanla ABŞ-ın bu cür məsələlərdə mövqeləri üst-üstə düşür. Hər iki ölkə bəzi layihələri birlikdə həyata keçirərək aralarında olan münasibətləri inkişaf etdirib."
C.Osmanov vurğulayıb ki, təhlükəsizlik məsələlərində ABŞ-ın Azərbaycanla ortaq maraqları var: "Dünyanın ən böyük güclərindən biri olan ABŞ-ın belə məsələlərdə bizimlə eyni fikirdə olması Azərbaycanın yürütdüyü uğurlu siyasətin nəticəsidir. Co Baydenin Prezident İlham Əliyevə ünvanladığı məktubun məzmununda regional barışığın təmin olunmasının zərurəti də vurğulanıb. Ermənistanla Azərbaycan arasında olan əlaqələrin normallaşması və sülh müqaviləsinin imzalanması məsələlərinə də Amerika öz dəstəyini açıq bir şəkildə ifadə edib. Azərbaycan 44 günlük müharibədən sonra regionda yeni bir reallıq yaratdı. Görünür ki, digər ölkələr kimi ABŞ da dövlətimizin yaratdığı yeni reallığı qəbullanıb və buna dəstək verir. Azərbaycanın regionda sülhün bərqərar olması üçün atdığı addımları ABŞ görür və bunu dəstəkləyir. Diplomatik əlaqələrin inkişaf etməsi həm də gələcəkdə iki ölkə arasında yeni bir layihələrin ərsəyə gəlməsinə gətirib çıxaracaq. Azərbaycan kiçik ölkə olsa da, böyük beynəlxalq layihələrlə öz adını bütün dünyaya tanıtdırıb. Hər iki ölkə arasında olan münasibətlər dövlət başçılarının atdığı addımlar ilə daha da inişaf edəcək".
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı






.jpg)


























.jpg)

.jpg)