Nida.az
Qonşu ölkələri ədaləti dəstəkləməyə çağırırıq - Rəy
“Fərrux kəndinin Azərbaycanın nəzarətinə keçməsi o deməkdir ki, biz tezliklə Qarabağın ermənilər yaşayan ərazilərimizdə də nəzarəti bərpa edəcəyik. Çünki bu gün Azərbaycanın yarımçıq qalmış bütün məsələlərini həll etməsi üçün kifayət qədər gücü var. Prezident İlham Əliyev nəyi, necə və nə vaxt etmək lazımdırsa, hamıdan yaxşı bilir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat qeyd edib ki, yarım qalmış məsələlərin həll olunması 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda öz əksini tapıb: “Üçtərəfli bəyanatın icra olunmadığı bəndlərdən biri də 4-cü bənddir. Bu bəndə əsasən, bölgəyə Rusiya sülhməramlılarının daxil oması ilə paralel olaraq erməni hərbi birləşmələri ərazilərimizi tərk etməli idi. Biz üçtərəfli bəyanata imza atılmasını Azərbaycanın suveren hüquqlarının bərpa olunmasına hesablamışdıq. Amma çox təəssüf ki, üçtərəfli bəyanatın icra olunmasında Ermənistan və Rusiya öz üzərinə düşən vəzifələri icra etmir. Məhz Rusiya sülhməramlılarının öz üzərinə düşən vəzifələri icra etməməsi Qarabağın ermənilər yaşayan hissəsində mütəmadi təxribatların baş verməsinə gətirib çıxarıb. Azərbaycan öz suverenliyini təmin etmək və öz ərazisində anti-terror əməliyyatları aparmaq, təxribatçı qrupları zərərsizləşdirmək hüququnu özündə saxlayır. Rusiya Azərbaycanı üçtərfli bəyanatı icra edilməməsinə görə qınamamalıdır. Çünki üçtərəfli bəyanatı icra etməyən Rusiya və Ermənistandır”.
A.Badamov vurğulayıb ki, üçtərəfli bəyanat bu bəyanatı imzalamış bütün tərəflər üzərində eyni məsuliyyət yaradır: “Azərbaycan öz torpaqlarını əbədi olaraq ermənilərin nəzarətinə vermək niyyətində deyil. Əgər rus sülhməramlıları öz vəzifələrinin öhdəsindən gələ bilmirsə, Azərbaycan yarım qalmış məsələlərini öz gücü ilə həll edəcək. Rusiya erməniləri yenidən boş ümidlərə ruhlandıran açıqlamalar səsləndirməməlidir. Rusiyanın sülhməramlı missiyası və açıqlamaları Azərbaycanla imzaladığı müttəfiqlik sənədinin ruhuna və ölkələrimiz arasında uzun illər formalaşmış dostluq və qonşuluq münasibətlərinə xələl gətirməməlidir. Azərbaycanın məqsədi regionda uzunmüddətli sülhün yaranması istiqamətində davamlı addımların atılmasından ibarətdir. Biz mövqeyimizi açıqlamışıq və qonşu ölkələri də ədaləti dəstəkləməyə çağırırıq”.
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video






























.png)


.jpg)



