Nida.az
O, Azərbaycana qarşı terrorizmi təbliğ edir - RƏY
“Rusiya Dövlət Dumasının deputatı və həm də komitə sədri Mixail Delyaqin Rusiya dövlət televiziyasında yayımlanan verilişdə Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar məsələlərin müzakirə olunduğu vaxtda mövzudan kənara çıxaraq birdən-birə Azərbaycanı Ermənistanla razılaşdırılmış atəşkəsi pozmaqda, Ermənistana qarşı aqressiyada, Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham etməyə başlayıb. Azərbaycana qarşı güc tətbiqinin zəruriliyini dilə gətirib və eyni zamanda Azərbaycanı NATO ölkəsi olan Türkiyənin əlaltısı adlandırıb”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat əlavə edib ki, Delyaqin həmçinin Azərbaycanın sənaye mərkəzlərini bombalamaqla hədələyib: “Nəticədə sənaye mərkəzi Bakı şəhəridir. Təsəvvür edin, rusiyalı deputat Azərbaycanın paytaxtı, neft şəhəri sayılan Bakını bombalamaq iddiasını ortaya atıb. Bəzən rusiyalı deputatların elə məsuliyyətsiz bəyanatları olur ki, onlar hətta tənqidə dözmürlər. Rusiya-Azərbaycan münasibətləri müttəfiqlik səviyyəsindədir. Etiraf edirəm ki, rusiyalı deputatın bu mövqeyi əslində ölkəsinin Prezidenti Vladimir Putinə qarşı yönəlib. Bu cür bəyanat sadəcə onun siyasətinə kölgə salır və eyni zamanda bu davranış ikitərəfli münasibətlərin gələcəyinə çox böyük kölgə salır. Bu deputatın arxasında dayanan kimdir?! O, hansı ermənipərəst dairələrin əlində alətə çevrilib?! Çıxsın efirə, desin ki, mən ermənipərəst ağalarımın qarşısında öhdəlik götürmüşəm ki, bunu deməliyəm və bizim müttəfiqimiz olan Azərbaycan məndən inciməsin. Biz də işimizi bilək. Hesab edirəm ki, faktiki olaraq onun bu davranışı Azərbaycan və Rusiya münasibətlərinə çox ciddi xələl gətirən mövqedir”.
E.Nəsirov qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Peskov bu məsələnin mahiyyətini bir qədər yumşaltmağa çalışıb: “Bildirib ki, bu, onun şəxsi mövqeyidir və s. Burada bir sual yaranır. Necə ola bilir ki, Rusiya hakimiyyətinə çox yaxın olan bir deputat dövlət televiziyasında bu cür məsuliyyətsiz bəyanatlarla çıxış edir?! Faktiki olaraq bu şəxs Azərbaycana qarşı terrorizmi təbliğ edir. Hesab edirəm ki, bütün bunlar çox ciddi məsələlərdir və müvafiq dövlət qurumları da bu məsələni Rusiya qarşısında ciddi şəkildə qaldıracaq. Bizim parlamentin növbəti iclasında fikrimcə, parlamentarilərimiz məsələyə ciddi şəkildə yanaşacaq və kəskin mövqe ortaya qoyacaq. Mən də çalışacam ki, məsələ ilə bağlı prinsipial mövqeyimi ifadə edim”.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



.jpg)















.jpg)
.jpg)






