Nida.az
ABŞ-dan Ermənistana “qulaqburması”: İrəvana 21 milyonluq zərbə
Co Bayden administrasiyası ABŞ Konqresini Ağ Evin 2023-cü maliyyə ili üçün büdcə təklifində Ermənistana 24 milyon ABŞ dolları ayırmağa çağırıb. ABŞ-ın işğalçı Ermənistana yardım ayırması hər nə qədər üzücü məqam olsa da, burada bir incə məqam da var. Deməli, təklif olunan bu yardımlar 2022-ci maliyyə ili üçün bir neçə həftə əvvəl Konqres tərəfindən ayrılan və prezident tərəfindən təsdiq edilən məbləğdən 21 milyon dollar azdır.
Şübhəsiz ki, Ağ Evin bu addımı ermənilərin ABŞ-dakı əsas lobbi təşkilatı olan Amerika Erməni Milli Komitəsinin (ANCA) də narazılığına səbəb olub. Erməni lobbisi həmçinin prezident Baydenin ABŞ-dan 2023-cü maliyyə ili üçün Azərbaycana 9,7 milyon dollara yaxın yardım istəməsindən narazıdır. Hökumət Hesabatlılığı İdarəsinin (GAO) mart ayında açıqladığı hesabata əsasən, Azərbaycan 333-cü Bölmə çərçivəsində ABŞ-dan 164 milyon dollardan çox yardım alıb.
Bu məqamda qeyd edək ki, ANCA artıq Ağ Evə və Konqresə 2020-ci ildə regiondan qaçan 100 mindən çox erməninin məskunlaşmasına kömək məqsədilə Qarabağ ermənilərinə 50 milyon dollar yardım üçün müraciət edib.
Milli Məclisin deputatı Azər Badamov Publika.az-a açıqlamasında söyləyib ki, Ermənistanın ABŞ-ın yardımına ehtiyacı yoxdur:
src="/storage/files/upload/5a3d87997eaa9d09f94949d4beba16241c60152e.jpg" style="width: 550px; height: 303.632px;" class="fr-fic fr-dib">
“Çünki Ermənistan bu vaxta qədər nə dağıntıya məruz qalıb, nə də müharibədən əziyyət çəkib. Əgər Birləşmiş Ştatlar administrasiyası daha düzgün mövqe sərgiləyərsə, Ermənistana deyil, Azərbaycana yardımlarını çoxaltmalıdır. Odur ki, Ermənistan həmişə tarixə ədalətdən uzaq, işğalçı ölkə kimi düşüb. Belə bir ölkəyə yardımların ayrılması ümumiyyətlə, məqsədəuyğun deyil”.
Millət vəkilinin fikrincə, çox güman ki, son dönəmlərdə İrəvanın rusiyayönümlü siyasət yürütməsi Vaşinqtonun Ermənistana ayırdığı humanitar yardımların həcminin azaldılması ilə nəticələnib: “Bu da bir amil ola bilər. Son günlər mətbuatda bir xəbər də səslənir ki, Ermənistan Rusiya-Ukrayna savaşına öz “töhfələrini” vermək üçün Rusiyaya hərbi təyyarələr göndərib. Görünən odur ki, bu məsələlər Birləşmiş Ştatlar tərəfindən də diqqət mərkəzində saxlanılır. Hətta ABŞ Rusiya-Ukrayna savaşında Rusiyaya köməklik göstərənlərə sanksiyalar tətbiq etmək üzrədir. Düşünürəm ki, Ermənistan da atdığı addımlara görə həmin sanksiyalara məruz qalmalıdır”.
Azər Badamov hesab edir ki, Birləşmiş Ştatların Ermənistana ayırdığı yardımın ötən illə müqayisədə birdən-birə 21 milyon dollar azalması digər məsələlərlə də əlaqəli ola bilər:
“Ən yeni tarixdə ermənilərin siyasətinin gücü azalıb. Ermənilər həmişə özlərini məzlum xalq kimi təqdim edirdilər. Erməni lobbisi bu istiqamətdə gecə-gündüz çalışırdı. Buna baxmayaraq, Azərbaycanın ədalətli mövqeyi bütün dünya tərəfindən tanınır. Ermənilərin və erməniliyin iç üzü açılaraq bütün dünyaya təqdim olunur. Bu da dünyada erməni lobbisinin gücünün azalmasına gətirib çıxarır. Yəni bu, informasiya müharibəsində ermənilərin məğlubiyyətinin başlanğıcıdır. Mən baş verənləri bu cür qiymətləndirirəm”.
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya22 Noyabr 20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO