Nida.az
Aprel döyüşləri ilə qələbələrimizin təməli qoyuldu - RƏY
“Aprel döyüşləri 1994-cü ildə razılaşdırılmış atəşkəsdən sonra Azərbaycan ordusunun erməni işğalçılarına qarşı təmas xəttində apardığı ən böyük qarşıdurma idi. Aprel döyüşləri 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri arasında baş verib. 4 günlük müharibə kimi tariximizə düşən bu müharibə Azərbaycan ordusunun zəfəri ilə nəticələnib”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Deputat torpaqlarımız uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib: “Bu müharibə ilə Cəbrayıl rayonunun Lələ Təpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, eyni zamanda Tərtər rayonun Qazaxlar kəndi, Suqovuşan istiqamətində yollar, Talış kəndi ətrafındakı yüksəkliklər düşməndən azad olundu və Azərbaycan tərəfi 2 min hektar ərazini işğalçılardan azad etdi. Bu müharibə ilə Azərbaycan öz ordusunun nəyə qadir olduğunu dünyaya göstərdi. Bir sıra xarici KİV-ləri bu döyüşlərdə Azərbaycanın İsrail istehsalı olan Harop komikadze dronlarından, Spaykdan, Rusiya istehsalı olan TOS-1 ağır odsaçan artilleriya sistemi kimi müasir silahlardan istifadə etdiyini yazdılar. Yəni Azərbaycan həm də kadr potensialını, özünün çox ciddi müasir silahlarını istifadə və nümayiş etdirdi”.
A.Nağıyev qeyd edib ki, məsələnin siyasi tərəfi isə ondan ibarət idi ki, biz dünyaya hazırlıqlı ordumuz olduğunu, bu ordunun qələbə əzmi ilə yaşadığını və öz suverenliyimizi qorumaq üçün hər cür imkanımız olduğunu göstərdik: “Aprel döyüşləri ilə Azərbaycan ordusu 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz qələbənin təməli qoydu. Yəni Aprel döyüşləri miqyasına və qazanılan uğura görə belə bir ciddi döyüşlər idi. Ermənistanda yüksək vəzifəli şəxslərin işdən azad edilməsi, kütləvi həbsləri məhz Aprel döyüşlərindən sonra başlaydı və məhz bu döyüşlərdən sonra ermənilər öz orduları haqqında yaratdığı mifin necə sındığının şahidi oldular. Bu böyük qələbə idi və gələcək qələbələrə aparan yol bu döyüşlərdən başladı”.
-
ABŞ02:00ABŞ SEPAH-ın mənzil-qərargahını belə məhv etdi - Video
-
Qoroskop01:40Günün ulduz falı: tələsik qərarlar verməyin!
-
Dünya00:55Bu gecə dünya onların sonuna şahid olacaq - İranın yeni Ali liderindən mesaj
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib



























.jpg)
.jpg)




