Nida.az
Biz müharibəni döyüş qanunlarına uyğun apardıq - Rəy
“90-cı illərin əvvəlində ermənilər Azərbaycanın ərazilərini işğal edib, soyqırımılar törədib. Ermənilərin soyqırımına məruz qalmış yaşayış məntəqələrimizdən biri də 1992-ci il aprel ayının 8-də işğala məruz qalmış Kəlbəcər rayonunun Ağdaban kəndidir. Ağdaban kəndinin işğalından sonra ermənilərə Kəlbəcər rayonunun işğal edilməsi üçün şərait yaranmış oldu”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat qeyd edib ki, Ağdabanda törədilən vəhşilik ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi növbəti soyqırımı aktı idi: “130 evdən ibarət kənd yandırılıb, 67 nəfər vəhşicəsinə qətlə yetirlib, 779 dinc sakinə müxtəlif işgəncələr verilib. Bu gün Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Azərbaycan Ordusu Ağdaban soyqırımını törədənlərin qisasını döyüş meydanında alıb. Lakin ordumuz ermənilərin bizə qarşı törətdikləri vəhşilikləri onlara qarşı təkrarlamadı. Biz ermənilərdən fərqli olaraq müharibəni döyüş qanunlarına uyğun, mülki insanları qətlə yetirmədən apardıq.
Lakin xalqımıza qarşı olmazın soyqırımıları törətmiş erməni ordusunu məhv etdik. Biz indi soyqırımı tarixlərini qəhrəman və düşməndən qisasını döyüş meydanında almış xalq kimi yad edirik. Zaman gələcək ki, Azərbaycan beynəlxalq məhkəmələrdə ermənilərin cəzalandırılması və təzminatların ödətdirilməsi məsələlərini qaldıracaq. Biz ermənilərin vəhşi, əli dinc insanların qanına bulaşmış və soyqırımılar törətmiş bir toplum olduğunu dünyaya daha geniş şəkildə çatdıracağıq”.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO










.jpg)


























