Nida.az
Ermənistanın cəhdləri iflasa uğrayır - Deputat
“Brüssel görüşündə əldə olunmuş nəticələr dövlət başçımızın dünyada böyük nüfuzunun göstəricisidir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin üzvü Aydın Hüseynov bildirib.
Deputatın sözlərinə görə, 6 aprel Brüssel səfəri göstərdi ki, Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində post-müharibə dövründə yeni format - Brüssel sülh gündəliyi yaranıb: “Bu formatda ilk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib. Bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar qurulub, telefon danışıqları keçirilib. Avropa İttifaqı dünyada mövcud olan ən böyük siyasi və iqtisadi mərkəzlərdən biridir, bitərəfdir, Azərbaycan və Ermənistan ona etimad göstərirlər. Görünən odur ki, Avropa İttifaqının məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır”.
A.Hüseynov vurğulayıb ki, Azərbaycanla Avropa İttifaqı, onun sədri Şarl Mişel arasında səmərəli və konstruktiv əməkdaşlıq mövcuddur: “Son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi, Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da artmasını görürük. Habelə Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanması, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməli addımların atılması üçün mühüm şərtdir. Burada ən diqqətçəkən və milli maraqlarımız üçün əhəmiyyətli məqamlardan biri isə odur ki, Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir. Aİ Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır”.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi


































.jpg)

.jpg)