Nida.az
Paşinyan bunun mənasız olduğunu anlayır - Politoloq
"Minsk qrupunun əvvəlcə Fransa, daha sonra isə ABŞ-dan olan həmsədrinin İrəvana getməsi saman çöpündən yapışmağa bənzəyir. Bitdi Minsk qrupu, biz də istəmirik, Ukraynadakı müharibəyə görə Rusiya ilə Qərb arasında kəskinləşən münasibətlər də buna imkan vermir. Yapışıblar ki, yox e "biz də varıq". Nikol Paşinyan da bunun mənasız olduğunu anlayır, ona görə də Vaşinqton və Parisə deyil, Moskvaya gedir".
Publika.az">Publika.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan son məqaləsində eks-prezident Levon Ter-Petrosyanla hazırkı baş nazir Nikol Paşinyan arasında belə bir müqayisə aparıb:
"Paşinyan deyib ki, Levon Ter-Petrosyan Laçın istisna olmaqla "Dağlıq Qarabağ" ətrafındakı rayonları Azərbaycana qaytarmağın yerinə "Dağlıq Qarabağ"ın "statusu"nu sonraya saxlamağı təklif edirdi. Nikol Paşinyan isə statusdan vaz keçərək "Dağlıq Qarabağ"ı Azərbaycan ərazisi kimi tanımağa hazırdır. Vardan Oskanyan Paşinyanın Azərbaycanla sülh sazişi imzalaması ideyasının əleyhinədir. Oskanyan Paşinyanın beynəlxalq aləmə istinadının yanlış olduğunu bu şəkildə izah etməyə çalışıb: "Tam əksinə, beynəlxalq aləm dağınıqdır, bundan istifadə edib Azərbaycanın xeyrinə addım atılmamalıdır". Jurnalist kimi çalışarkən 1999-cu ildə İrəvanda Vardan Oskanyandan müsahibə götürmüşdüm. Qarabağla bağlı verdiyim suallara açıq-aşkar işğalın davam edəcəyini əminliklə söyləmişdi. Azərbaycan Ordusu 44 günlük savaşla Oskanyanın istinad etdiyi "reallığı" darmadağın etdi. Oskanyan bu reallığı qəbul etmək əvəzinə, keçmiş illərin işğal xülyası ilə yaşayır və Paşinyana ağıl qoymaq istəyir. Ancaq onun beynəlxalq aləmin dağınıq olmasıyla bağlı fikrinə diqqət yetirmək lazımdır. Oskanyan faktiki beynəlxalq səviyyədə Azərbaycan əleyhinə təbliğatın və təxribatların davamına səsləyir. Buna imkan vermək olmaz".
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi


































.jpg)

.jpg)