Nida.az
Putin bu məsələdə maraqlıdır - Şərh
Paşinyanın Rusiyaya olan səfəri rəsmi xarakter daşıyır. Görüş zamanı bu səfərin iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümu ilə bağlı olduğu qeyd edilsə də, tərəflər arasındakı ikitərəfli münasibətlərin çağdaş durumu, habelə bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması müzakirə predmeti olan əsas məsələlər olub. Görüşün Avropa İttifaqının təşəbbüsü ilə Brüsseldə keçirilən məlum görüşdən dərhal sonra baş tutması bölgədəki proseslərə məhz Rusiyanın həlledici təsir imkanlarına malik olduğunu qabartmaq diqqətdən qaçmayıb.
Publika.az xəbər verir ki, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.
src="/storage/files/upload/6f3d6a489cfabce896b49ed9e5734f378342f031.jpg" style="width: 358px; height: 412.893px;" class="fr-fic fr-dib fr-fil">
Ekspert bildirib ki, görüş zamanı bu faktı məhz Paşinyanın etiraf etməsi dolayı yolla rəsmi Moskvanın Brüsselə mesajı təsiri bağışlayıb: “Yeri gəlmişkən, Rusiyanın bölgədəki proseslərə, o cümlədən Qarabağ uğrunda gedən hərbi əməliyyatların durdurulması ilə bağlı məsələlərə həlledici rolunu bu ilin fevralında Moskvada Rusiya və Azərbaycan arasında müttəfiqliklə bağlı müqavilənin imzalanması zamanı Prezident İlham Əliyev də etiraf edib. Moskvada Paşinyanla keçirilən görüş zamanı Rusiya Prezidenti Putinin “Hazırda tərəflər arasında münasibətlərdə həllini gözləyən əsas məsələ demarkasiya və delimitasiya problemləridir” deməsi göstərir ki, rəsmi Moskva özünün moderatorluğu ilə tərəflər arasında razılaşdırılan Moskva bəyannaməsinin məlum müddəalarının yerinə yetirilməsində maraqlıdır, çünki bu razılaşma bölgədə sülh və təhlükəsizliyin təminatı ilə bağlı məsələlərdə kimin söz və nüfuz sahibi olması ilə bağlı amillərin qabardılması baxımından Kremlin maraqlarına cavab verir”.
Politoloq qeyd edib ki, Qərb və Rusiya arasında hazırda Ukraynada yaşanan hərbi, diplomatik, iqtisadi və geosiyasi qarşıdurmanın fonunda bu amilin qabardılması Moskva üçün həyati əhəmiyyət kəsb edir: “Bölgədə “3+3” formatında perspektiv əməkdaşlığın konturları da göstərir ki, Rusiya, habelə İran bölgədə nüfuz dairəsi uğrunda mübarizədə Qərblə kompromisə getmək fikrində deyillər. Brüssel görüşündən fərqli olaraq Paşinyanın “Dağlıq Qarabağ” münaqişəsinin tənzimlənməsində Rusiya faktoruna müraciəti, ümumiyyətlə bu ifadəni işlətməsi göstərir ki, rəsmi İrəvan Bakı ilə sülh danışıqlarıyla bağlı müzakirələrdə Qarabağ kartından imtina etmək fikrində deyil. Məğlub durumda olmasına, faktiki olaraq təslimçilik aktına imza atmasına baxmayaraq, Paşinyanın yenidən “Dağlıq Qarabağ” problemini müzakirələrə qaytarmaq istəyi göstərir ki, o, “danışdırılır” və nəyəsə ümid edir. Bu nəsə əlbəttə, ATƏT və onun Minsk qrupudur. Bundan əlavə, Paşinyanın Moskvaya səfəri ərəfəsində ABŞ-ın Ermənistandakı səfirinin bu ölkədə fəaliyyət göstərən bankların rəhbərləri ilə göruşməsi və onları Qərb bankları kimi Rusiyaya qarşı maliyyə sanksiyalarına qatılmaq çağırışı Paşinyanın sevdasından xəbər verir. Çünki onun razılığı olmadan erməni bankirlərinin bu tədbirə qatılacaqları inandırıcı təsir bağışlamır. Paşinyanın qlobal maliyyə mərkəzlərindən olan sorosçularla əlaqəsi nəzərə alınarsa, belə bir mesajın hardan gəldiyini müəyyənləşdirmək mümkün deyil”.
E.Manafovun fikrincə, Rusiyaya ilk baxışda sadiqliyini göstərməklə ehtimal ki, baş nazir Ukrayna cəbhəsində hadisələrin hansı axarda getməsindən asılı olaraq qərar qəbul etmək fikrindədir: “Lakin Paşinyanın əsil xislətindən təbii ki, Kreml də xəbərdardır, digər tərəfdən Putinin Ukrayna hadisələri fonunda Qərbi Rusiyanın qeyri-dostları kateqoriyasına aid etməsindən sonra Minsk qrupunun reabilitasiya olunacağı inandırıcı təsir bağışlamır, buna xarici işlər naziri Lavrov da işarə edib. Nəhayət, bu qurumun əvvəlki statusunun bərpa olunmasında da rəsmi Bakı maraqlı deyil, hərçənd Prezident Əliyev əməkdaşlığın davam etdirilməsinin də əleyhinə deyil. Moskva isə Azərbaycanla münasibətlərin onun bölgədəki təsir imkanlarının saxlanılmasında nə kimi əhəmiyyətli rol oynadığının mahiyyətinə vardığından erməni tərəfinə əlavə demarşlar etməyəcək, buna ehtiyac da yoxdur. Ermənistanın düşdüyü dərin iqtisadi, sosial və siyasi böhran Paşinyanın başı üzərində asılmış əsl “Domokl qılıncı”dır”.
-
Magazin104:14
Damlanın ABŞ-a girişinə bir illik QADAĞA QOYULDU
-
Dünya03:43
Yaponiya şahzadəsi 101 yaşında vəfat etdi
-
Magazin202:42
Məşhur model alt paltarında pozalar verdi - FOTO
-
Əmlak01:41
Bu ərazidə torpaq BAHALAŞIR - Sotu 2 minə idi, 15 minə satılacaq
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Əhvalınızda kəskin dəyişikliklər olacaq
-
İdman14 Noyabr 23:24
Lukaşenkonun futbolçu karyerası belə bitibmiş - VİDEO
-
Avropa14 Noyabr 22:00
DƏHŞƏT: "TikTok"dan plastik cərrah tapan qızın klinikadan MEYİTİ ÇIXDI
-
Magazin114 Noyabr 21:12
Lalədən adının qumar oyununda hallanmasına REAKSİYA