Nida.az
"Bu, saxta təbliğatlara cavabdır" - Məhəməliyev
“Şuşa şəhəri hər bir azərbaycanlı üçün xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, Qurultayın Şuşada keçirilməsinin siyasi əhəmiyyəti danılmazdır. Eyni zamanda, 2022-ci il Prezident İlham Əliyev tərəfindən "Şuşa ili" elan olunub. Türk Dövlətləri Təşkilatı isə 2023-cü ili Şuşanı Türk Dünyasının mədəniyyət paytaxtı seçib”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Millət vəkili bildirib ki, V qurultayda 65 ölkəni təmsil edən 400 nümayəndənin hər biri yaşadığı ölkənin ictimai-siyasi həyatında, biznes sahəsində özünü təsdiq etmiş aktiv insanlardır:
“Tarixi qələbədən sonra onların həyatında da əhəmiyyətli dəyişikliklər baş verib. Harada yaşamaqlarından asılı olmayaraq, torpaqların azad olunmasından böyük qürur hissi keçirirlər. Eyni zamanda, onlar 30 illik işğal dövründə erməni vandallarının törətdikləri vəhşilikləri, Azərbaycanın apardığı bərpa-quruculuq işlərini öz gözləri ilə görmək imkanı əldə ediblər, ölkələrinə qayıtdıqdan sonra isə, kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə dünya ictimaiyyətini məlumatlandıracaqlar. Bu da, təbii olaraq, dünya ermənilərinin apardığı saxta təbliğata verilmiş cavabdır”.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı






.jpg)


























.jpg)

.jpg)