Nida.az
Erməni xalqı Paşinyanı dəstəkləyir - Şərh
"Azərbaycanın 5 təklifini həm Avropa İttifaqı, həm də Rusiya müsbət qarşılayıb. Təkliflər istiqamətində Ermənistan tərəfindən konkret addımlar atılması regional təhlükəsizliyin təmin olunmasına sözsüz ki, öz töhfəsini verəcək. Amma baş nazir Paşinyan beynəlxalq görüşlərdə sərgilədiyi mövqeyin tam əksinə olaraq, daxili auditoriyanın xoşuna gələcək ziddiyyətli açıqlamalar verir".
Bunu Publika.az-a açıqlamasında politoloq Elşən Manafov deyib.
Ekspert əlavə edib ki, Paşinyanın ziddiyyətli açıqlamaları XİN rəhbərlərinin təmaslarında da özünü büruzə verir: "Çünki Ermənistanın XİN rəhbəri baş nazir tərəfindən müəyyən edilmiş siyasi kursdan kənara çıxa bilməz. Bununla belə, vasitəçi olmadan XİN rəhbərlərinin telefon danışığının baş tutmasını vacib diplomatik uğur kimi görmək olar. Bu gün hər şey Ermənistan tərəfinin Azərbaycan Prezidenti tərəfindən irəli sürülmüş prinsiplərə qarşı sərgiləyəcəyi mövqedən asılı olacaq. Bunu Ermənistanın baş naziri, hökuməti, müxalifəti, ümumiyyətlə bu dövlətə havadarlıq edənlər yaxşı başa düşür. Dəmir yumruq siyasətinin mexanizmləri növbəti dəfə işə düşərsə, Ermənistanın indiki acınacaqlı vəziyyəti daha da pisləşə bilər".
E.Manafov vurğulayıb ki, Ermənistanda Paşinyan əleyhinə keçirilən aksiyalar dolayısı ilə erməni müxalifətinin konyuktur maraqlarına xidmət edir: "Ermənistanda keçirilən son parlament seçkiləri göstərdi ki, erməni xalqı Paşinyan hakimiyyətinin siyasətinə dəstək verir. Mövcud reallıqları nəzərə aldıqda Ermənistan hakimiyyəti müxalifətlə münasibətləri yoluna qoymaq üçün resurslara malikdir. Bu aksiyaların genişlənməsinin qarşısı alınmalıdır və siyasi iradə nümayiş etdirərək Ermənistan Azərbaycanla danışıqlara başlamalıdır. Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni əsilli əhalisinin problemlərini həll etmək hüququna malikdir və orada baş verənlər Azərbaycanın daxili işidir".
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)