Nida.az
Yekun söz Azərbaycanındır - Deputat
“Hər birimizə məlumdur ki, Ermənistan Azərbaycanın sülh müqaviləsi üçün təklif etdiyi 5 şərti qəbul edib. Bu isə artıq sülh sazişinin bağlanması ilə bağlı razılığın əldə olunması deməkdir və bunun üçün işçi qrupları yaradılıb. Bu ərəfədə Ermənistan müxalifətinin mitinqlərə başlaması elə Ermənistanın özü üçün böyük bir bəlaya gətirib çıxaracaq”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat xatırladıb ki, 1998-ci ildə Ermənistan Qarabağla bağlı müəyyən kompromislərə getməyə razı idi: “O zaman Ermənistan prezidenti Ter-Petrosyan idi. Həmin vaxt Ermənistanda dövlət çevrilişi oldu və parlamentin 7 nəfər aparıcı üzvünü güllələyərək qətlə yetirdilər. Bununla da ermənilər prosesləri təxminən 25 il geri atdılar və hadisələrin ən ağır təsiri sonda yenə Ermənistana oldu. Ermənistan bununla özünü bütün layihələrdən təcrid etdi, tədricən iqtisadiyyatı çökdü və nəhayət bu gün aclıq, səfalət içində yaşayan bir ölkəyə çevrildi. Vətən müharibəsində qazanılmış möhtəşəm qələbədən sonra isə artıq diktə edən tərəf Azərbaycandır. Azərbaycan beynəlxalq hüquqa söykənərək öz ordusunun gücü hesabına torpaq bütünlüyünü bərpa edib”.
A.Hüseynov vurğulayıb ki, bundan sonra da Ermənistanda hansı dəyişikliyin olmasına baxmayaraq, Azərbaycan öz mövqeyini kəskin şəkildə bildirəcək: “Yəni Ermənistanda baş verən bütün hadisələrin ziyanı elə yenə də Ermənistana və ermənilərin özlərinə dəyəcək. Hesab edirəm ki, bununla da Ermənistan özünü sözün əsl mənasında məhvə aparacaq. Paşinyanın istefası fonunda nəzərdə tutulan proseslərdə ləngimə olsa da, nəticə dəyişməyəcək. Yekun söz Azərbaycanın və Azərbaycan ordusunundur. Qeyd etdiyim kimi, Azərbaycan bu haqq işində beynəlxalq hüquqa söykənərək ordusunun və dövlətinin gücünə arxalanır”.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi


































.jpg)

.jpg)