Nida.az
Patruşev yeni siyasi varis ola bilər? - Ekspert açıqladı
“Putinin əməliyyat olunacağına dair rəsmi açıqlama verilmədiyindən yayılan məlumatlar daha çox mülahizə xarakteri daşıyır. Prezidentin səlahiyyətlərinin müvəqqəti olaraq Nikolay Patruşevə ötürələcəyinə gəldikdə, əgər Putin belə bir addım atarsa, bu, Rusiya hakimiyyəti daxilindəki siyasi çəkişməni üzə çıxartmış olar”.
Bunu Publika.az-a açıqlamasında politoloq Elşən Manafov deyib.src="/storage/files/upload/717dd6d06b2112285913cf76e46c956794973c11.jpg" style="width: 300px;" class="fr-fic fr-dib fr-fil">
Ekspert əlavə edib ki, Putinin səlahiyyətlərini Patruşevə ötürəcəyi barədə iddialar hələ rəsmi təsdiqini tapmayıb: “Ona görə də yalnız bu barədə ehtimallardan danışmaq olar. Ancaq belə bir hal baş verərsə, bu, Putinin etimad göstərdiyi şəxslər arasında Nikolay Patruşevin birinci yerdə dayandığını göstərər. Nəzərə almaq lazımdır ki, Patruşev Rusiya xüsusi xidmət orqanlarının rəhbəridir. Putinin özünün də bu qurumun “şinelindən çıxdığı”na diqqət yetirsək, bu iki şəxs arasında münasibətlərin hansı səviyyədə qurulması haqda fikir yürütmək olar. Putinin özünün bütün səlahiyyətlərini tamamilə Patruşevə ötürəcəyi barədə fikir söyləmək də çətindir. Ümumiyyətlə, Ukraynaya qarşı aparılan müharibə dönəmində Putinə yaxın olan şəxslərin Rusiyanın siyasi elitasına və kursuna xəyanət etməsi göstərir ki, Rusiya prezidenti bu komandanın yenidən təşkili ilə bağlı məsələni düşünə bilər. Bu prosesdə müdafiə naziri Şoyqunun deyil, Patruşevin önə çıxması onu göstərir ki, o, komandasının yenidən təşkili məsələsinə baxa bilər. Ona görə də yaxın perspektiv üçün Patruşevi Putinin səlahiyyətlərini yerinə yetirəcək şəxs kimi qəbul etmək olar. Amma cərrahi əməliyyatdan sonra hadisələrin hansı istiqamətdə gedəcəyini Putin özü müəyyən edəcək”.
Politoloq qeyd edib ki, Rusiya prezidentinin konstitusiyanın tələblərindən kənara çıxaraq səlahiyyətlərinin icrasını baş nazirə və ya Federasiya Şurasının sədrinə deyil, Təhlükəsizlik Şurasının katibinə həvalə etməsi hakim elitanın daxilindəki fikir ayrılıqları ilə izah oluna bilər: “Qərb siyasi dairələrinin və xüsusi xidmət orqanlarının Rusiya hakimiyyətinin daxilində bir sıra şəxslərlə əlaqələr qurduğu istisna olunmur. Ona görə də Putinin bu çərçivədən kənara çıxması Rusiya hakimiyyəti daxilindəki vəziyyətlə bağlıdır. İndiki şəraitdə səlahiyyətlərin müəyyən zaman kəsiyində Patruşevə ötürülməsi əməliyyat müddətində və ondan sonrakı dönəmdə mövcud vəziyyətin status-kvo kimi saxlanılması üçün Putinin düşünülmüş variantı da ola bilər. Vaxtilə Putin prezident postunu siyasi varis kimi Dmitri Medvedevə etibar etsə də, o, bir sıra gözləntiləri doğrultmadı. Medvedevin prezident olduğu dönəmdə kifayət qədər liberallığı ilə seçilməsi, Liviya məsələsində güzəştə getməsi kimi hallardan sonra Qərb onu az qala Qorbaçov ampluasında qəbul edirdi. Bu səbəbdən Putin öz komandasının üzvləri arasında müəyyən götür-qoy etdikdən sonra Patruşev üzərində yekun rəyə gəlib. Amma güman edirəm ki, bu, müvəqqəti qərar ola bilər və inanmıram ki, siyasi varis məsələsinə aydınlıq gətirmiş olacaq”.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)


















.jpg)
.jpg)





