Nida.az
Bu qrup iflic olub - Ceyhun Bayramov
“Azərbaycan tərəfi hələ fevral ayında Ermənistana sülh müqaviləsinin təməl prinsiplərini özündə əks etdirən 5 baza prinsipi təqdim edib. Ermənistan tərəfi isə həmin 5 baza prinsiplərində onlar üçün qəbulolunmaz heç nəyin olmadığını bildiriblər”.
Publika.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
“Daha sonra Ermənistan tərəfindən Azərbaycanın 5 təklifinə 6 təklifin verilməsi xəbərləri yayılmışdı. Böyük ehtimalla, hər kəs Ermənistan tərəfinin qeyd etdiyi sənədi görüb. Çünki Ermənistan tərəfi bu sənədi açıq formada yayıb. Lakin sənədə baxdıqda başa düşmək olur ki, bunu təklif kimi qiymətləndirmək olmaz. Həmin sənəd təqdim olunan zaman Ermənistan tərəfi bunu Azərbaycanın təkliflərinə reaksiya kimi bildirmişdi”, - nazir vurğulayıb.
XİN rəhbəri əlavə edib: "Həmin o 6 bənddən biri ondan ibarətdir ki, Azərbaycan tərəfi 21 fevral tarixli baza prinsiplərini nəyə görə Ermənistana mart ayının əvvəlində təqdim edib? Biz bəyan etmişdik ki, təkliflər vasitəçilərin köməyi ilə təqdim olunub. Bu səbəbdən bu sual onlara ünvanlansa, daha doğru olar. Növbəti bənd ondan ibarətdir ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları yoxdur və hələ 1992-ci ildə Azərbaycan və Ermənistan MDB-yə üzv olarkən bir-birinin ərazi bütövlüyünü tanıyıb. Bu, müəyyən mənada Azərbaycanın təqdim etdiyi baza prinsipinin təkrarlanmasıdır. Növbəti bir bənddə ölkə liderləri arasında imzalanan üçtərəfli bəyanatların icrasının vacibliyi qeyd olunur. Bu da sual doğuran məqam deyil. Növbəti bənd ondan ibarətdir ki, Ermənistan tərəfi danışıqlara hazırdır və bu danışıqları təşkil etmək üçün Minsk qrupunun həmsədrlərinə müraciət edir. Bu o zaman baş verir ki, Ukrayna hadisələri fonunda Minsk qrupunun həmsədrləri arasında heç bir əlaqə mövcud deyil. Demək olar ki, bu qrup iflic vəziyyətdədir".
-
Hadisə22 İyul 22:32Ağdamda mina partlayışları müşahidə olunur - Yeniləndi
-
Dünya22 İyul 19:10"Facebook" və "Instagram"a nə oldu?
-
ABŞ22 İyul 18:40İranın hər hücumuna görə bir körpü və ES bombalanacaq - Tramp
-
Səhiyyə22 İyul 18:20Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı
-
Dünya22 İyul 17:20Bu dağlarda sərvət tapıldı: Dünyanın ən böyük qızıl yatağı kəşf edildi
-
Sosial22 İyul 15:32Bakı metrosunda iş rejimi dəyişdirilir
-
Səhiyyə22 İyul 15:11Tarif Şurasından dərmanlarla bağlı qərar
-
Rəsmi xronika22 İyul 14:27İlham Əliyev fərman imzaladı













.jpg)



.jpg)




















