Nida.az
Bu, onların qeyri-səmimiliyini göstərir - Deputat
“Ermənistan baş naziri Nikol Paşinyan Niderlanda səfəri çərçivəsində Klingendayl Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı növbəti dəfə Azərbaycana qarşı əsassız iddialar səsləndirib, o cümlədən humanitar məsələlərlə bağlı həqiqətdən tamamilə uzaq olan fikirlərlə Azərbaycana qarşı ittihamlar irəli sürüb. Əslində bu, bir daha onu göstərir ki, Ermənistan rəhbərliyi iki ölkə arasında münasibətlərin normallaşdırılması məsələsində heç də səmimi deyil”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat qeyd edib ki, onlar Azərbaycan tərəfinin irəli sürdüyü 5 prinsipi qəbul etdiklərini bəyan etsələr də, səsləndirilən fikirlər bunun tam əksini göstərir: “Görünür, ermənilər əməldə münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün heç bir addım atmaq niyyətində deyillər. Əvvəla onu xüsusi olaraq qeyd etmək lazımdır ki, Birinci Qarabağ müharibəsindən bu günə kimi itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi məlum deyil və eyni zamanda kütləvi məzarlıqların dəqiq yerləri barədə də Ermənistan tərəfindən məlumat verilmir. 30 il ərzində torpaqlarımızın işğalı zamanı ermənilər burada vəhşilik nümayiş etdirib, bu zaman kəsiyində hər yeri darmadağın ediblər. Mədəni, dini, tarixi irsimizi saxtalaşdırmağa çalışıblar. Həmçinin Ermənistan tərəfindən sözügedən ərazilərdə milyondan çox minanın basdırılması həyata keçirilib. Azərbaycan tərəfinə bu gün də minalanmış ərazilərin xəritələri təhvil verilməyib”.
C.Osmanov vurğulayıb ki, bütün bunlar erməni xislətinin bir təzahürüdür: “Mina terroru nəticəsində 219 nəfər Azərbaycan vətəndaşı müxtəlif dərəcəli xəsarətlər alıb. Bunlardan 30 nəfərdən çoxu isə həlak olub. Bir sözlə, Ermənistan törətdiyi bu qədər vəhşilik qarşısında hələ də cavab vermir. Bütün bunların müqabilində hələ də Azərbaycanın nələrdəsə ittiham olunmağı yersiz və əsassızdır. Ermənistan baş nazirinin bu kimi ittihamlar səsləndirməsi onların sülhlə bağlı addımlarının qeyri-səmimiliyini göstərir”.
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...
-
ABŞ07:30ABŞ İsrailə 20 min ədəd ağır bomba satacaq
-
Magazin206:16Azərbaycan repi “Mehmed Fetihler Sultanı”nda - VİDEO
-
İdman03:43Messi vida üçün milliyə çağırıldı
-
Dəb03:13Qış üçün ən zövqlü ayaqqabılar - 1990-cı illərin modeli dəbə qayır







.png)








.jpg)

.webp)
















.jpg)


