Nida.az
Ermənistanın bu tələbi yerinə yetirilməyəcək - Politoloq
“Azərbaycanla Ermənistan arasında olacaq görüş silsilə halına gələcək. Ancaq keçiriləcək bu görüşdən konkret bir qərarın çıxmağı real deyil. Sərhədlə bağlı olan bütün problemləri iki dövlət müzakirə edəcək”.
Bunu Publika.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Politoloq qeyd edib ki, görüşdə müzakirə olunacaq əsas məsələlərdən biri sərhədlərin dəqiqləşdirilməsində hansı xəritələrdən istifadə olunacağıdır: “Sərhədlərin hansı xəritələrə əsasən demarkasiya və delimitasiya olunması gündəmdə olan əsas məsələdir. Ermənistanın bu proseslərə necə reaksiya verməsi də önəmli olan nüanslardandır. Çünki hər kəs bilir ki, adıçəkilən ölkə belə məsələlərdə hər zaman dağıdıcı rol oynayıb”.
İ.Vəlizadə vurğulayıb ki, sərhəddə olan insidentlər revanşist qüvvələrlə birbaşa bağlıdır: “Azərbaycanın irəlilədiyi ərazilərdən geri çəkilməsi real görünmür. Həmin mövqelərdə ordumuz mühəndis istehkam işləri aparıb. Yəni Ermənistanın bizə qarşı yönəltdiyi sərhədlərdən geri çəkilmə tələbi yerinə yetirilməyəcək. Adıçəkilən ölkədə işğal dövründə düşünürdülər ki, onlar əbədi burada qalacaqlar. Ona görə də həmin yerdə heç bir iş aparmayıblar. Son zamanlar sərhəddə baş verən atışmalar isə Ermənistan ordusunda olan özbaşınalıqdan xəbər verir. Hər kəs bilir ki, onların ordusunda hələ də revanşist qüvvələrin adamları fəaliyyət göstərir. Yəni Ermənistan ordusunda Sarkisyan və Ohanyanın göstərişi ilə hərəkət edən hərbçilərin sayı kifayət qədərdir. Çox güman ki, həmin şəxslər müxalifətin sifarişi ilə bu cür təxribatlar törədiblər. Revanşist qüvvələr belə addımlar atmaqla gərginliyi daha da artırmaq məqsədindədir. Bu insidentlər müxalifətlə əlbir olan şəxslərin əli ilə həyata keçirilir. Ermənistan ordusu şərti olaraq mövcuddur, çünki onların silahlı qüvvələrinin daxilində özlərinə tabe olmayan hərbçilərin sayı kifayət qədər çoxdur”.
-
Səhiyyə21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər
-
Sosial15:55Pensiya alanların nəzərinə
-
Rəsmi xronika14:52İlham Əliyev məktəbəqədər təhsillə bağlı fərman imzaldı









.jpg)
























