Nida.az
Şentop: Bu, Azərbaycan əsgərlərinə də işıq tutdu - FOTO
İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iclası ilə bağlı Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
Publika.az">Publika.az xəbər verir ki, daha sonra Mustafa Şentop Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib.
Türkiyə parlamentinin sədri bildirib ki, türk millətinin igid övladları 104 il əvvəl bu torpaqları öz vətənləri kimi qorumaq üçün azərbaycanlı qardaşları ilə birlikdə şəhidlik məqamına ucalıblar:
“İstiqlal və hürriyyət uğrunda canınızı fəda etdiniz. Qanınızla suvardığınız bu torpaqlarda yetişən gənc fidanlar bu gün yeni iradə və mənəviyyatla sizin əlinizdə yüksələn bayrağı daha da ucalara qaldırmağa çalışırlar. Sizin şəxsiniz uzun illər sonra 44 günlük Vətən müharibəsində ölkələrini işğaldan azad etməkdə Azərbaycan əsgərlərinə də işıq tutdu, əzm və güc verdi. Biz də sizin mirası ürəyində yaşadan qüdrətli türk millətinin təmsilçiləri olaraq müqəddəs əmanətinizə sahib çıxmaq üçün buradayıq. Ortaq tarix, şüur və qardaşlıq uğrunda bu diyarlara qəbirlərinizlə basdığınız möhür daim qalacaq. Əziz xatirəniz keçmişdə olduğu kimi, gələcəkdə də nəsillərimizə yol göstərəcək”.
Foto: Ceyhun Rəhimov
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi







.jpg)








.jpg)


















.jpg)

.jpg)