Nida.az
Bu mesaj Fransa və Rusiyaya ünvanlanıb - Şərh
“Ermənistan hakimiyyətinin Azərbaycanla münasibətlərin normallaşdırılmasına dair irəli sürdüyü 6 təklif Paşinyanın bu münasibətlərin perspektivi ilə bağlı məsələlərə mövqeyində ikili standartların olmasının göstəricisi kimi qəbul olunmalıdır”.
Bunu Publika.az-a açıqlamasında politoloq Elşən Manafov deyib.
Ekspertin sözlərinə görə, erməni tərəfi danışıqlara Qarabağın son statusuna aydınlıq gətiriləcəyi halda gedəcəyini bəyan edib: “Bununla da ərazilərimizə iddiaların olmaması ilə bağlı məsələləri ört-basdır etmək, ölkəmizə Ermənistan tərəfindən təcavüz faktının olmamasını müzakirə predmetinə çevirmək, nəhayət ATƏT-in Minsk qrupu kimi amorf bir qurumu reanimasiya etmək, onu danışıqlarda yenidən vasitəçi tərəf kimi göstərmək niyyətlərini ortalığa qoyub. Erməni tərəfinin Qarabağ ermənilərinin təhlükəsizliyinin onlar üçün prioritet əhəmiyyət kəsb etməsi kimi amili qabartması isə Azərbaycanın daxili işi sayıla biləcək problemə perspektivdə müdaxilə imkanlarının saxlanılması rakursunda qiymətləndirilməlidir. Ermənistanın irəli sürdüyü bu təkliflər əslində onun dolayısı ilə danışıqlardan imtina etmək və ya bu danışıqları onun maraqlarına uyğun kontekstdə aparılması cəhdidir. Məlumdur ki, Azərbaycan tərəfi qalib dövlət olaraq heç bir vəchlə rəsmi İrəvanın təklif etdiyi bu şərtlərlə danışıqlara gedə bilməz. Onda belə çıxar ki, bütün bu müddət ərzində qarşı duran tərəflər Ermənistan və Azərbaycan deyil, Qarabağdakı separatçı rejim və Azərbaycan olub. Halbuki, Ermənistanın Azərbaycana təcavüz etdiyini sübut edən BMT TŞ-nin qətnamələri, Aİ-nin, ATƏT-in qəbul etdiyi sənədlər var. Görünən odur ki, Ermənistan hakimiyyəti Qarabağdakı separatçı qurumun danışıqlarda bir tərəf kimi təmsilçiliyinin qəbul olunmasına çalışır”.
E.Manafov əlavə edib ki, təklif olunan şərtlər arasında Azərbaycan ərazilərindəki işğalçı erməni qoşunlarının çıxarılacağı ilə bağlı məsələlərin yer almaması göstərir ki, Ermənistan hakimiyyəti sülh istəkləri ilə bağlı mövqeyində səmimi deyil: “Bu isə bölgədə dayanıqlı sülhə və təhlükəsizliyə ciddi təhdiddir. Təəssüf doğuran hal isə məhz bundan ibarətdir ki, bütün bunlar bölgədə təhlükəsizliyin bərqərar olunacağını deyən bəlli dairələrin gözləri qarşısında baş verir. Nə ATƏT-in Minsk qrupundakı həmsədr dövlətlər, nə də 2020-ci ilin noyabrında Moskvada Rusiya tərəfinin moderatorluğu ilə imzalanmış bəyannamənin icrasına məsul olan Kreml səsini çıxarır. Azərbaycan Prezidentinin Türkiyədə verdiyi açıqlamalar da məhz Ermənistan millətçilərinin siyasətinə havadarlıq edən bəlli dairələrə mesaj kimi qəbul olunmalıdır. Hansı ki, müharibə zamanı Türkiyənin ortaya qoyduğu mövqe bir sıra dövlətləri açıq şəkildə Ermənistanı himayə etməkdən çəkindirdi. Söhbət ondan gedir ki, bu səbəbdən bəzi dövlətlər hərbi müdaxiləyə cəsarət etmədilər. Fikrimcə, bu mesaj əsasən Fransa və Rusiyaya ünvanlanıb”.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)


















.jpg)
.jpg)





