Nida.az
Əliyevə bu sualı verdim, dəmir yumruğunu göstərdi və 2 gün sonra... - MÜSAHİBƏ
Video əlavə olunub.
xxx
Hazırda Türkiyə ilə Azərbaycan münasibətlərinin inkişafı zirvədədir. Belə ki, iki qardaş ölkə arasında ortaq işbirliyi olmayan bir sahə tapılmaz. Qarabağ müharibəsində qardaş Türkiyənin dəstəyi iki ölkə arasındakı qardaşlıq, dostluq münasibətini müttəfiqlik həddinə çatdırıb. Həmin müttəfiqliyə möhür isə Şuşa Bəyannaməsi ilə vurulub. Bu günlərdə iki ölkə arasında rəsmilərin səfərlərinin də şahidi oluruq. Biz də öz növbəmizdə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrımla söhbət apardıq.
Publika.azsözügedən müsahibəni təqdim edir:
- Şamil bəy, Azərbaycan Prezidenti İlham Əliyevin Rizədə hava limanının açılışındakı nitqini necə qiymətləndirirsiniz?
- Həmin gün tarixi bir gün idi. 44 günlük Vətən müharibəsindən sonra cənab Prezident İlham Əliyev Türkiyəyə hava limanının açılışı kimi böyük bir tədbirə ilk dəfə gedib. Bundan öncə cənab Prezident Rəcəb Tayyib Ərdoğan da Füzuli Beynəlxalq Hava Limanının açılışına gəlib. Açılışa Prezident İlham Əliyevin gələcəyi xəbəri insanlar arasında həyəcan yaratmışdı. Lakin burada əsas önəmli məqam Prezident İlham Əliyevin çıxışı idi. Mən dəfələrlə həmin çıxışı dinlədim, oxudum. Həqiqətən də Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi, həmrəliyi ilə əlaqədar çox mənalı çıxış idi. Cənab Prezidentin çıxışı zamanı Rizəni cənnətə bənzətməsi rizəlilərin çox xoşuna gəlib. Nitqinin son bölümündə də Rizənin Rəcəb Tayyib Ərdoğan kimi bir vətən övladını türk dünyasına lider kimi bəxş etməsi fikri, rizəlilərin vətəninə, dövlətinə sahib çıxan mərd, ürəkli insanlar olduğunu bildirməsi Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da çox xoşuna gələn bir cümlə oldu. Mənə görə ən önəmli cümlələrindən biri də 44 günlük Vətən müharibəsinin başladığı gün cənab Prezident Ərdoğanın "biz hər zaman yanınızdayıq" fikri, həmçinin "biz bu qardaşlıqla atalarımızın mirasına sadiqik" deməsi idi. Bütün bu fikirlər çox önəmli mesajlar idi. Türkiyə- Azərbaycan münasibətləri Qarabağ dövründə pik həddə çatıb və bu gün də inkişaf etməyə davam edir. Bu bizim üçün çox önəmlidir. Şuşa Bəyannaməsinin ruhuna uyğun olaraq iki ölkə arasında bütün sahələrdə müttəfiqlik davam etdirilir.
- Türk dünyasının diasporunun birləşdirilməsi gələcək perspektivdə nələr vəd edir?
- Diaspor fəaliyyəti çox önəmlidir. Mən də illərlə diaspor fəaliyyəti ilə məşğul olmuşam. Prezidentlərimizin də ifadə etdikləri kimi, iki dövlətin tək bir diasporu olmalıdır. Bu istiqamətdə də işlər davam etdirilir. Hazırkı diaspora istiqamətlərimiz türkdilli dövlətlər arasında birliyin olmasıdır. Bu da ticari-iqtisadi, mədəni, təhsil və digər bir sıra sahələrdə işbirliklərinin artırılması ilə ola bilər. Həmçinin düşünürəm ki, türk dövlətləri arasında ortaq bir əlifba olmalıdır. Bu, dövlətlərarası münasibətlərlə yanaşı, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına zəmin yaradacaq. Azərbaycan-Türkiyə həmrəyliyi türkdilli dövlətlər üçün bir nümunə təşkil etməklə türk dünyasında oyanış yaratmağa başlayıb. Türkiyə, Azərbaycan 90-cı illərdəki ölkələr deyil. Bu gün hər iki qardaş ölkə daha güclüdür və günü-gündən inkişaf edir. İki ölkənin həmrəyliyinin nəticəsini Qarabağ savaşında da biz gördük. Bu birlikdən nəticə alındı. Demək ki, birlikdən həqiqətən də qüvvət doğur. Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan kimi ölkələrdə də bu birliyə dair oyanışın işartıları görünür. Hazırda Türkiyədə 25 min azərbaycanlı tələbə oxuyur. 91-ci illərdən bu günə qədər bu tələbələrin sayı 125 mindən çox olub. Mənə görə, bu gənclər diasporun onurğa sütunlarıdır. Onlar Azərbaycanla Türkiyə arasında körpü rolunu oynayacaqlar. Eyni zamanda Türkiyədə təhsil alan qazaxlar, qırğızlar, özbəklər, türkmənlər də var. Hər biri üçün bu fikir keçərlidir. Onlar qloballaşan dünyada ortaq diasporumuzun təməlini təşkil edəcəklər. Bizim gözləntimiz bu gənclərin hansı ölkədə yaşamalarından və əmək fəaliyyətlərindən asılı olmayaraq lazım gəldikdə öz ölkələrinin mənafelərini qorumalarıdır. Məsələn, Almaniyada yaşayan güclü bir azərbaycanlı iş adamı ölkəsi ilə əlaqədar mövzu gündəmə gəldikdə rahatlıqla media və bir sıra vasitələrlə məsələnin əsas məğzini rahatlıqla başa sala bilər. Düşünürəm ki, bu kimi addımlar diasporun fundamental fəaliyyəti kimi dəyərləndirilə bilər.
- Prezident İlham Əliyevlə bağlı ən maraqlı xatirəniz hansıdır?
- Cənab Prezident İlham Əliyevi 1997-ci ildən bu yana tanıyıram. Ümummilli lider Heydər Əliyevi də çox yaxşı tanıyırdım və onunla da çox xoş xatirələrimiz var. Mənim cənab İlham Əliyevlə ən önəmli xatirəm Qarabağ savaşı dönəmində olub. 44 günlük Vətən müharibəsi ərəfəsində xarici işlər nazirimiz Mövlud bəylə Azərbaycana səfər etmişdik. Həmin səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşümüz baş tutdu. Mən bu görüş zamanı ona sual verdim ki, prezidentimiz cənab Ərdoğanı Şuşaya nə zaman aparacaqsınız? O zaman Şuşa hələ işğaldan azad olunmamışdı. Prezident İlham Əliyev məşhur dəmir yumruğunu göstərərək "İnşallah Qardaşımla Şuşaya gedəcəyik, çox az qaldı" demişdi. Həqiqətən də 2 gün sonra Şuşanın işğaldan azad edilməsi xəbərini eşitdik. Cənab İlham Əliyevlə ən önəmli xatirəm bu olub.
- Türk iş adamları Qarabağda hansı iri layihələri gerçəkləşdirə bilərlər?
- Qarabağın yenidən inşasında türk iş adamları aktiv fəaliyyət göstərirlər. Burada birinci məqsəd yollar, tunellər, işıq xətləri və hava limalarının hazırlanması idi ki, bu sahədə ixtisaslaşmış 4 böyük türk firması azərbaycanlı firmalarla birlikdə çalışırlar və tunellərin, yolların tikintisi davam edir. Hazırda da işğaldan azad edilən torpaqlarda tikinti-təmir işləri sürətlə davam edir. 50-60-a yaxın "ağıllı kəndlər"in tikilməsi nəzərdə tutulur ki, burada da türk şirkətləri aktiv fəaliyyət göstərəcək. Azərbaycan türk firmalarının ən problemsiz iş görənlərini dəvət edib. Hər şey qaydasındadır. Ümid edirəm ki, ən qısa zamanda həmin kəndlərin sakinləri öz yurd-yuvalarına qovuşacaqlar.
- Türkiyədəki bütün universitetlərin diplomları nə vaxt Azərbaycanda tanınacaq və bu məsələylə əlaqədar Təhsil Nazirliyi ilə danışıqlar aparılırmı?
- Bu mövzuda səfirimizlə də müzakirə aparmışıq. Məsələn, Ankara Universitetinin Bakıda bir universitetlə işbirliyi etdiyinin və ikili diplom verəcəyinin xəbərini aldıq. Tibb sahəsində - diş həkimliyi və əczaçılıqda fərqlər var. Bu, bir az vaxt alacaq. Çünki Türkiyədə tibb təhsili yüksək səviyyədədir. Bu problemi aradan qaldırmaq üçün də universitetlərarası işbirliklərini artırmaq lazımdır. Bununla əlaqədar işlər aparılır.
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib