Nida.az
ABŞ bu reallıqların mahiyyətinə varır - Şərh
"Azərbaycanın Ermənistanın işğalı altında olan torpaqlarını azad etmək və bu ərazilərdə öz dövlət suverenliyini, ərazi butövlüyünü bərpa etmək məqsədi ilə iki il əvvəl apardığı 44 günlük savaşın nəticəsində Cənubi Qafqaz bölgəsində yeni geosiyasi reallıqlar yaranıb. ABŞ təbii ki, bölgədə maraqları olan digər dövlətlər kimi bu reallıqların mahiyyətinə vara bilir".
Bunu Publika.az-a açıqlamasında politoloq Elşən Manafov bildirib.
Ekspert qeyd edib ki, bölgənin ÜDM-nin 75 faizinə malik olan Azərbaycanla münasibətlərin bu mənada qarşılıqlı maraqlar müstəvisində qurulması hətta ABŞ kimi fövqəldövlət üçün prioritet əhəmiyyət kəsb edir: "ABŞ siyasi elitası onu da anlayır ki, bu iqtisadi gücə, maliyyə imkanlarına və hərbi qüvvə faktoruna malik dövlətlə münasibətləri məhz bu zəmində qurmadan bölgə ilə geoiqtisadi və geosiyasi layihələri həyata keçirmək prinsip etibarı ilə mümkün deyil. Azərbaycanın geocoğrafi baxımdan əlverişli və mühüm bir ərazidə yerləşməsi, Qərbdən Şərqə, Şimaldan Cənuba gedən tranzit yol və dəhlizlərin üzərində nəzarət imkanlarına malik olması, ölkəmizin logistika sahəsindəki durumu, nəqliyyat-kommunikasiya dəhlizlərinə olan çıxışları da onun regional dövlət olaraq rolunun və nüfuzunun artmasına xidmət edir. Nəhayət, Azərbaycanın Xəzərdəki nəhəng neft və qaz ehtiyatları enerji istehsalı və onun paylaşdırılması, istehlakçılara çatdırılması ilə məşğul olan dünyanın, o cümlədən ABŞ-ın nəhəng transmilli korporasiyalarının bir qayda olaraq diqqət mərkəzində olub və bu gün də belədir. Hazırda yeni dünya nizamının müəyyən edilməsi uğrunda Qərb, onun hərbi, siyasi, iqtisadi güc birliklərinin Rusiya ilə yeni və daha kəskin qarşıdurma mərhələsinə daxil olduğu şəraitdə Azərbaycana olan maraq və ehtiyac əvvəlki dövrlərlə müqayisədə bizim üçün əhəmiyyətli şəkildə artıb. Bəllidir ki, Avropa özünün enerjiyə olan tələbatının əhəmiyyətli hissəsini məhz Rusiya nefti və qazı hesabına təmin edir. Lakin Rusiyaya Qərbdə olan münasibət, ona qarşı tətbiq edilən iqtisadi sanksiyalar şəraitində Rusiyadan olan enerji asılılığı Avropa Birliyinə yaxşı heç nə vəd etmir. İqtisadi sanksiyalar avropalı istehlakçıların özləri üçün ciddi problemlər yaradıb, bu ölkələrdə yanacağın, habelə ərzaq məhsullarının, bir sıra sahələrdə xidmətin səviyyələrində qiymətlər kəskin şəkildə artıb".
E.Manafov vurğulayıb ki, Azərbaycan məlum neft və qaz kəmərləri ilə Mərkəzi, Cənubi və Şərqi Avropa ölkələrinə neft və qaz nəqlinə malik ölkədir və bu baxımdan Avropanın enerji təhlükəsizliyinin təminatında bizim özümüzəməxsus payımız və yerimiz var.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)


















.jpg)
.jpg)





