Nida.az
"İşğaldan azad olunmuş ərazilərimizdə böyük infrastruktur layihələri icra olunur" - Badamov
"Ölkə başçısı İlam Əliyevin işğaldan azad olunmuş ərazilərə etdiyi hər bir səfəri bu ərazilərin yenidən qurulmasına və bərpasına yeni ruh verir. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə böyük infrastrukur layihələri icra olunur".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Millət vəkili bildirib ki, yeni yaşayış məntəqələri təsdiq olunmuş baş planları əsasında yenidən qurulur:
"Cənab Prezident İlham Əliyevin və I vitseprezident Mehriban xanım Əliyevanın Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına etdiyi son səfərin gündəliyi də təməli qoyulan və açılışı edilən əlamətdar layihələrin genişliyi ilə zəngin oldu. Horadiz- Cəbrayıl-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olmuş, Horadiz-Ağbənd dəmir yolu, Azenerjinin 330/110 kvolt-luq Cəbrayıl eneji qovşağının təməl qoyma mərasimində iştirak etmişdir. O cümlədən, Zəngilan rayonunda bir çox layihələrin təməl qoyma mərasimlərində və tarixi Böyük Qayıdışımın ilk qaranquşu olan Ağalı kəndin açılışı mərasimində iştirak etmişdir. Ölkə başçısının açılışı etdiyi Ağalı kəndi ağıllı kənd konsepsiyası ilə ərsəyə gəlmiş və işğaldan azad etdiyimizin ərazilərin necə görmək istədiyimizin simasıdır. 27 ildən sonra Ağalı kənd sakinləri öz doğma torpaqlarına qayıdırblar və bu gün dünyanın ən müasir kəndində yaşmaqla özlərini xoşbəxt hiss edirlər. Ğlkə başçısı səfər çərçivəsində Zəngilan şəhərin baş planı ilə tanış olmuş və təsdiq etmişdir. Ağalı kəndin nümunəsində bütün yaşayış məntəqələrimiz bərpa olunaraq müasir həyat şəraiti yaradılacaqdır".
Deputat bildirib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi işğaldan azad etdiyimiz əraziləri cənnətə çevirəcəyik:
"Bütün bu işləri dövlətimiz öz iqtisadi gücü hesabına həyata keçirir. Heç bir qəpik kənardan dəstək olmadan dövlət ancaq büdcə vəsaitləri hesabına bu işlər icra olunur. Təbii ki, bu iqtisadi gücə Prezident İlam Əliyevin uzaqgörən siyasəti sayəsində nail oluruq. Bu gün Azərbaycan siyasi və iqtisadi müstəqilliyinə qovuşmuş çox az ölkələrdəndir. Həm işğaldan azad olunmuş ərazilərimizi bərpa edirik, həm də beynəlxalq siyasi arenalarda sözümüzü deyirik. Prezident İlham Əliyevin müstəqllik günümüz ərəfəsində işğaldan azad olunmuş ərazilərimizə səfəri və yeni layihələrin açılışın etməsi bir daha müstəqil Azərbaycanın gücünü göstərir. Düzdür, bu ərazilərin bərpası böyük maliyyə və zaman tələb edir. Amma bu günkü müstəqil dövlətimizin qarşısında icra edilə bilməyəcək hər hansı bir iş yoxdur. Bəli, bu işlərin görülməsində, ölkəmizin inkişafı və müstəqilliyimizin əbədi olması naminə xalqımız hər zaman öz liderinin yanındadır və dəstək verir".
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp







.jpg)



.jpg)















.jpg)
.jpg)





