Nida.az
Türkiyə Azərbaycanın yanındadır - Deputat
Azərbaycan-Türkiyə münasibətlərinin günü-gündən inkişaf etməsi və strateji müttəfiqlik səviyyəsinə çatması faktiki olaraq dünyada iki ölkə arasındakı əlaqələrin dünyada təkrarının olmaması fikrini irəli sürməyə imkan verir. Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan və Türkiyə arasında yeni bir dövr, yeni bir səhifə açılıb”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, bu il “TEKNOFEST”in məhz Bakıda keçirilməsi iki ölkə arasındakı münasibətlərin daha da inkişafına xidmət göstərəcək: “Faktiki olaraq “TEKNOFEST”in ilk dəfə Türkiyə sərhədlərindən kənarda, məhz Bakıda keçirilməsi onu da göstərir ki, Türkiyə bütün sahələrdə olduğu kimi, elm, texnika və hərbi sənaye sahəsində əldə etdiyi uğurlarını məhz Azərbaycanla bölüşür və bundan qətiyyən çəkinmir. Ona görə də bu sahədə birlikdə uğurlar əldə olunmaqdadır. Vətən müharibəsində Türkiyə istehsalı olan PUA-ların və Türkiyə silah sənayesinə aid digər məhsulların aktiv istifadə olunması Türkiyənin hərbi sənayesinə dəstək olub. Bu gün dünya dövlətləri Türkiyə istehsalı olan bu məhsulları almaq üçün növbəyə dayanıb. “TEKNOFEST”in 4 gün boyunca Azərbaycanda böyük coşğu ilə qarşılanması, iki ölkə pilotlarının birlikdə uçuşları, havada manevrlar etməsi Azərbaycan-Türkiyə Hərbi Hava Qüvvələrinin koordinasiyalı şəkildə fəaliyyət göstərməsinin bir növ nümayişi idi”.
N.Həmzəyev vurğulayıb ki, bütün bunlarla yanaşı, “TEKNOFEST”də startap layihələrin təqdim edilməsi və bu layihələrin qalibləri arasında azərbaycanlı gənclərin olması bizi çox sevindirir: “Bu o deməkdir ki, dövlətimizin gənclərin İT sahəsindəki inkişafı üçün qoyduğu sərmayə öz bəhrəsini verməkdədir və yaxın günlərdə Azərbaycanda bu sahədə savadlı gənclər yetişəcək. Həmin gənclər dünya startap bazarlarında da öz yerlərini tutacaqlar. 28 mayda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər etməsi, Prezident İlham Əliyevlə “TEKNOFEST”də iştirak etmələri, oradan mesajlar vermələri, qalibləri mükafatlandırmaqları onu göstərir ki, Türkiyə Azərbaycanın ən önəmli günlərində yanındadır. İki ölkə münasibətlərinin daha da irəli getməsi üçün birlikdə səylərini davam etdirəcəklər”.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



.jpg)















.jpg)
.jpg)






