Nida.az
Sahibə Qafarova Mustafa Şentopla görüşdü
İyunun 2-də Milli Məclisin sədri Sahibə Qafarova “İNCSOS-Qarabağ” 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb.
Bu barədə Publika.az-a MM-dən məlumat verilib.
Sahibə Qafarova TBMM sədrini salamlayaraq bildirib ki, Azərbaycan və Türkiyə parlamentlərinin himayəsi altında keçirilən 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi akademik dairələrimizin birgə fəaliyyətinin daha da gücləndirilməsi baxımından çox önəmlidir.
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri, professor, doktor Mustafa Şentopa bu tədbirin Azərbaycanda keçirilməsi təşəbbüsünü irəli sürdüyünə və verdiyi böyük dəstəyə görə təşəkkürünü bildirib.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu cür elmi tədbirlərin keçirilməsi universitetlərimiz, elmi dairələrimiz arasında əməkdaşlığın inkişafı baxımından olduqca zəruridir.
Sahibə Qafarova bildirib ki, 7-ci Beynəlxalq Sosial Elmlər Konqresinin mövzusunun Qarabağa həsr olunması da çox mühüm məsələdir. Çünki Qarabağ həqiqətlərinin akademik dairələr tərəfindən vurğulanması və elmi ədəbiyyatda əks etdirilməsi çox vacibdir.
Milli Məclisin sədri qeyd edib ki, qardaş ölkələr olan Azərbaycan-Türkiyə əlaqələrin bugünkü səviyyəsi birlik və həmrəyliyimizin yeni təzahürüdür. 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin Azərbaycana birmənalı siyasi və mənəvi dəstəyi bu birliyin parlaq nümunəsidir.
Sahibə Qafarova diqqətə çatdırıb ki, bu ay – iyunun 15-də biz Azərbaycan–Türkiyə əlaqələrində daha bir əlamətdar hadisə olan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümünü qeyd edəcəyik. Dövlət başçılarımızın qətiyyəti və iradəsi sayəsində Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi ilə ən yüksək zirvəsinə çatıb.
Bu sənəd ölkələrimiz arasında dostluq və qardaşlığın mahiyyətini əks etdirməklə yanaşı, onların qarşısında dayanan yeni hədəfləri və məqsədləri müəyyənləşdirir.
Səmimi sözlərə görə təşəkkürünü bildirən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop xalqlarımızın təmsilçiləri olan parlamentlərimizin də dövlət başçılarının siyasi iradəsini yekdilliklə təsdiqlədiyini diqqətə çatdırıb.
Bildirib ki, bu gün Azərbaycan-Türkiyə əlaqələri Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ifadə etdiyi “bir millət, iki dövlət” prinsipinə əsaslanır. Heç şübhəsiz ki, gələcəkdə Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı daha da inkişaf edəcək və daha da möhkəmlənəcək.
TBMM sədri 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi çərçivəsində aparılacaq müzakirələrin elmi dairələrimizin birgə fəaliyyətinin gücləndirilməsi, ölkələrimiz və xalqlarımız üçün mühüm mövzuların nəzərdən keçirilməsi baxımından faydalı olacağına əminliyini ifadə edib. O, bu mühüm tədbirin yüksək səviyyədə təşkili üçün Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı






.jpg)









.jpg)













.jpg)



.jpg)

