Nida.az
Rusiyanın müharibə simvolları – “Z” və “V” hərfləri hansı mənaları ifadə edir?
Rusiyanın fevralın 24-dən Ukraynaya qarşı apardığı müharibənin zamanı hərbi texnikanın işarələnməsi həyata keçirilir. Fərqləndirmə işarələri qismində əsasən latın əlifbasının “Z” və “V” hərflərindən istifadə olunur. Bununla belə bir sıra digər hərflər də Rusiyanın işğalçı dəstələrinin fərqləndirmə zolaqları qismində çıxış edir. Bəs onlar hansı hərflərdir və hansı mənaları ifadə edirlər?
Publika.az">Publika.az məsələnin gündəmdə olduğunu və mövzuya olan marağı nəzərə alaraq bununla bağlı araşdırma aparıb.
Əvvəlcə qeyd edək ki, Rusiyanın Ukraynaya hücumunun simvolu “Z” hərfidir. Bu hərf əvvəlcə rus hərbi texnikasının işarələnməsi üçün istifadə edilib, sonra isə Rusiyada və digər ölkələrdəki rusofillər arasında populyarlıq qazanıb. “Z” hərfi Rusiyadaxili propaqandada aktiv şəkildə istifadə olunur. Latın əlifbasının fərqləndirici işarə kimi istifadə olunan hərfləri arasında ən məşhuru Z hərfi olub. Bu işarənin olması mediada onun mənası və məqsədi ilə bağlı müxtəlif fərziyyələrin yaranmasına səbəb olub.
Tarixçə
24 fevral 2022-ci ildə Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlaması barədə əmr verib. Ukraynaya hücumda iştirak edən Rusiya Federasiyasının hərbi texnikasının bortunda “Z” işarəsi görünüb. Bəzən bu işarə kvadratlar və üçbucaqlarla haşiyələnmiş şəkildə olub. Bir qədər sonra Ukrayna ərazisində “V” və ya “O” işarələri ilə işarələnmiş Rusiya hərbi texnikası da görünüb.
Britaniyanın “The Independent” nəşri fevralın 24-də yazıb ki, hərbi ekspertlərin fikrincə, “Z” işarəsi digər simvollarla birlikdə hərbi hissələrin yerləşdirilmə yerindən qısa müddət əvvəl hara getdiyini göstərmək üçün çəkilib. “The Washington Post” belə bir ehtimal irəli sürüb ki, işarələr Rusiya hərbi texnikasının səhvən bir-birinə atəş açımasının qarşısını almaq üçün tətbiq edilib.
Münaqişənin ilk günlərində simvolların mənası “obıvatellər” üçün tapmaca olaraq qalır və şəbəkədə bir çox versiyalar tirajlanırdı. Onlardan birinə görə, hərflər hərbi hissələrin gəldiyi hərbi dairələri nəzərdə tuturdu. Məsələn, Z – Qərb hərbi dairəsi (Zapadnıy voennıy okruq), V – Şərq hərbi dairəsi (Vostoçnıy voennıy okruq), O – Mərkəz hərbi dairəsi (Sentralnıy voennıy okruq).
Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, simvolların mənası belədir: Z – Rusiya Federasiyasının şərq hərbi dairəsi, [Z] – Krım ərazisindən hücuma keçən Rusiya Federasiyasının hərbi hissələri, O – Belarusdan olan qüvvələr, V – dəniz piyadaları, X – Çeçen birləşmələri, A – xüsusi təyinatlı qüvvələr (SOBR, ALFA, CCO). Bu versiya tez-tez müəyyən edilmiş faktlarla ziddiyyət təşkil edir. Məsələn, O hərfi olan texnika da Rusiya sərhədindən hücuma keçirdi (məsələn, Konotopun tutulması zamanı); Belarus ərazisində yalnız bir O hərfi ilə işarələnmə halı qeydə alınıb, avadanlığın böyük əksəriyyəti isə V hərfi ilə işarələnib. V hərfi yalnız rus ordusunun hava-desant bölmələri tərəfindən istifadə olunan texnikasında da var (məsələn, bu cür avadanlıq Qostomel uğrunda döyüşlərdə görünüb). Çeçen birləşmələri həm V hərfindən, həm də Z hərfindən texnikalarında istifadə edirlər. Krımdan irəliləyən qoşunlar da çərçivəsiz “Z”dən istifadə edirlər. Rusiya Silahlı Qüvvələrinin döyüş vertolyotları (məsələn, Ka-52) həm V hərfindən, həm də Z hərfindən istifadə edir, baxmayaraq ki, dəniz aviasiyasında belə vertolyotlar yoxdur.
3 mart 2022-ci ildə Rusiya Müdafiə Nazirliyi “Za pobedu” (Z simvolu), “Zadaça budet vıpolnena” (simvol V) və “Sila V pravde” plakatları yazılmış postlar yerləşdirir. Daha sonra, Rusiya Müdafiə Nazirliyinin "Vkontakte"dəki rəsmi səhifəsində bu hərflərin mənalarının yeni variantları yerləşdirilir, məsələn, “Za detey Donbassa”, “Zakat nasizma”, “Koqda Rossiya pozvala”, “Za pravdu”, “Otvaqa” və sair. Beləliklə, Rusiya MN çaşqınlıq yaradır və hərbi texnikanın üzərindəki bu cür işarələrin real taktiki mənasını üzə çıxarmır.
2022-ci il mayın 19-da Moskva Şəhər Dumasının deputatı Yevgeni Stupinin “Z” və “V” hərflərinin statusu ilə bağlı sorğusuna Rusiya Müdafiə Nazirliyinin cavab verdiyi məlum olub. Nazirlik qeyd edib ki, onlar rəsmi hərbi simvollar deyil və xüsusi yük daşımır.
“Meduza” onlayn nəşrinin məlumatına görə, Rusiya ordusuna dəstək üçün onlayn fleşmobda Z simvolundan ən birinci istifadəni sahibkar Yevgeni Priqojinlə əlaqəli siyasi texnoloq İqor Manquşev fikirləşib. Təsdiq olaraq o, teleqramda yazışmaların skrinşotlarını göstərdi, onların iştirakçıları kanallarının avatarlarına Z hərfi ilə loqo qoymağı təklif edirlər. Belə bir görüntü həqiqətən də təxminən 20-21 fevral tarixlərində Donetsk və Luqanska “xalq respublika”larına dəstək mövzusu ilə bağlı bir qrup teleqram kanalında görünməyə başlayıb.
Rusiyadan kənarda istifadəsi
Maraqlıdır ki, sözügedən simvollar Rusiyadan kənarda yalnız Ermənistanda istifadə olunub. Belə ki, martın əvvəlində “Russia Today”in baş redaktoru Marqarita Simonyan sosial şəbəkədəki səhifəsində İrəvandakı “Ana Ermənistan” abidəsini əks etdirən video yerləşdirib, onun ətəyində qırmızı işıqda Z hərfi yazılmışdı.İrəvan meriyası bildirdi ki, onların aksiyalarla heç bir əlaqəsi yoxdur, bu barədə heç nə bilmirlər və belə bir aksiyaya icazə verməyiblər.
2022-ci il martın ortalarında Ermənistanın Gümrü şəhərindəki 102-ci Rusiya hərbi bazasında hərbi şəhərcikdə yerləşən 19 saylı rus məktəbinin şagirdləri əllərində Z hərfi ilə düzülüb şəkil çəkdiriblər.
2022-ci ilin aprelində Azərbaycanın Xankəndi şəhərindəki ermənilər Rusiya bayrağından Z hərfi çəkiblər.
9 may 2022-ci il tarixində Böyük Vətən Müharibəsində qələbənin 77-ci ildönümü münasibəti ilə İrəvanın qələbə parkında genişmiqyaslı aksiya keçirilib və bu aksiyada Ermənistanın, Rusiyanın 100 metrlik bayraqları və Z hərfli 100 metrlik Gerogiyevsk lenti dalğalandırılıb.
Simvola etirazlar
Rusiya və Belarus rok qrupu “Bi-2” qrupu Omskdakı konsertini “Za prezidenta” bannerinə görə ləğv edib.
Virtus.pro kiberidman komandası komanda üzvlərindən biri tərəfindən Z simvolundan istifadə etdiyinə görə Dota 2 turnirindən kənarlaşdırılıb.
Oxşar simvollardan istifadədən imtina
Rusiya təbliğatının Z hərfindən istifadə etməsi bəzi şirkət və şəxslərin anlaşılmazlıqların qarşısını almaq üçün bu hərfdən imtina etməsinə səbəb olub.
İsveçrənin “Zurich Insurance” sığorta şirkəti sosial mediadan Z loqotipini çıxarıb. Təşkilat nümayəndələri izah ediblər ki, loqolardan birində hərf addan ayrı işlənir və yanlış şərh oluna bilər. Gələcəkdə bu loqodan istifadə zamanı arzuolunmaz konnotasiyaların qarşısını almaq üçün dünyadakı vəziyyətin monitorinqi planlaşdırılır.
Riqada Z-Towers əkiz qüllələri, hərbi təbliğat rəmzi ilə assosiasiya olunmasın deyə, adını dəyişərək “Zunda Towers” qoyub.
“Samsung” bəzi Avropa ölkələrində smartfonlarının adlarından “Z” hərfini çıxardıb.
Simvoldan istifadəyə qadağalar
Ukrayna Ali Radası Z və V simvollarını qadağan edib. Həmçinin, Ukraynanın Xarici İşlər Naziri Dmitri Kuleba öz “Twitter” səhifəsində beynəlxalq ictimaiyyəti Rusiyaya dəstək ifadəsi kimi Z hərfindən istifadəni qanunsuz hesab etməyə və Z simvolundan istifadəni cinayət hesab etməyə çağırıb.
Moldova parlamenti Z və V simvollarını qadağan edib.
Latviya Seymi “Z” və “V” hərflərini hərbi təcavüzü və müharibə cinayətlərini tərənnüm edən simvollar kimi tanıyıb və buna görə də onların svastika və çəkic və oraq ilə birlikdə ictimai tədbirlərdə istifadəsini qadağan edib.
Litva Seymi Z və V simvollarını, həmçinin Georgiyevsk lentlərini qadağan edib.
Qazaxıstan Polis Departamentinin mətbuat xidməti xəbərdarlıq edib ki, avtomobillərin üzərində latın dilində Z hərfi olan stikerlər və ya yazılar aşkar edilərsə, bu cür avtomobillərin sürücüləri dərhal saxlanılaraq səbəbləri öyrənmək üçün polis şöbəsinə aparılacaq.
Qırğızıstanın polis idarələri ictimai yerlərdə nəqliyyat vasitələrində “Z” simvolunun göstərilməsini qadağan edib. Onlar həmçinin mayın 9-da milli ədavəti qızışdırmamaq üçün “Z” hərfi olan hərbi forma geyinməməyi xahiş ediblər.
Çexiyanın Daxili İşlər Nazirliyi Rusiyanın Ukraynaya müdaxiləsinə ictimai dəstək qadağanının bir hissəsi olaraq “Z” simvolunu svastikanın ekvivalenti kimi təsnif edib.
Almaniyada Federal Daxili İşlər və İctimai İşlər Nazirliyi bəyan edib ki, Z hərfi özlüyündə qeyri-qanuni olmasa da Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləmək üçün istifadə etmək üç ilə qədər cəza nəzərdə tutan cinayət əməli ola bilər. Bundan əvvəl də Berlin, Aşağı Saksoniya və Bavariya federal əyalətləri ictimai yerlərdə Z simvolundan istifadənin hüquqi nəticələrini elan ediblər.
Səxavət Həmid
-
Kriminal05:45
Piramida üsulu ilə pulu belə oğurlayırlar - VİDEO
-
Avto02:19
Zukerberq xanımı üçün xüsusi "Porsche" hazırlatdı - FOTOLAR
-
ABŞ01:40
"Milton" yaxınlaşır - Co Bayden fövqəladə vəziyyət elan etdi
-
Dünya01:20
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz
-
İdman7 Oktyabr 23:38
“Neftçi”nin baş məşqçisi o olacaq – Danışıqlar başladı
-
Kriminal7 Oktyabr 22:32
15 yaşlı Sevinc qətlə yetirilərkən hamilə olub - YENİ DETALLAR
-
Magazin17 Oktyabr 21:11
Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR