Nida.az
Ermənilər Laçını talayır – Polkovnik
Rus sülhməramlılar müvəqqəti məsuliyyət zonalarında olan ərazilərdə separatçı ünsürlərin qanunsuz, vəhşi əməllərinə göz yumublar və yumurlar. Orada biabırçı bir vəziyyət var. Separatçı tör-töküntüləri, orada yaşayanlar alternativ yol açıldıqdan sonra Laçını tərk etməli olacaqlarını bilirlər. Ona görə əllərinə keçən hər şeyi talayırlar və əgər imkanları olsa, torpağı da maşınlara yükləyib apararlar.
Publika.az">Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a Laçında separatçıların və orada yaşayan ermənilərin talançılıq etməsindən danışan hərbi ekspert, istefada olan polkovnik Üzeyir Cəfərov deyib.
Polkovnik bu talançılığın, vəhşiliyin qarşısının alınmalı olduğunu bildirib:
“Müdafiə Nazirliyimiz, Daxili İşlər Nazirliyi, Hərbi Prokurorluq, Baş Prokurorluq, Xarici İşlər Nazirliyi həm sülhməramlılara, həm də Ermənistan tərəfinə konkret və qəti xəbərdarlıq etməlidir. Törədilən cinayətlərə görə Ermənistan rəhbərliyinin və separatçıların beynəlxalq səviyyədə mühakimə edilməsinə nail olmalıyıq. Ukraynanın da sözügedən istiqamətdə fəaliyyətləri var və artıq nəticəsini verir – o təcrübədən istifadə edə bilərik. Əgər torpaqlarımızda talançılıqla məşğul olan və milyonlar yığan separatçıların bir neçəsi Bakıda cinayət məsuliyyətinə cəlb olunsa, digərləri bu əməlləri davam etdirməyə cəsarət etməz. Bir daha vurğulamaq istəyirəm ki, sülhməramlılar və Ermənistanın qarşısında məsələni elə qoymaq lazımdır ki, onlar öz məsuliyyətlərini hiss etsinlər”.
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...












.jpg)



















.jpg)
.jpg)

