Qlobal Bakı Forumu inkişaf prioritetlərimizin təşviq olunduğu platformadır - Deputat
Bizi izləyin

Nida.az

Qlobal Bakı Forumu inkişaf prioritetlərimizin təşviq olunduğu platformadır - Deputat

“Qlobal Bakı Forumu özünün unikallığına və universallığına görə dünyada mövcud digər forumlarından bir sıra məqamlarına görə əhəmiyyətli dərəcədə fərqlənir. Sayca doqquzuncu olmasına baxmayaraq, Bakı Forumu artıq dünyanı düşündürən problemlərin müzakirə olunduğu arenaya çevrilib. Təsadüfi deyil ki, Bakı Forumuna olan beynəlxalq maraq ilbəil artmaqdadır”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu deyib.

src="/storage/files/upload/f3caf29e93fe2f19e9e76901be92cd65765c6def.jpg" style="width: 425px; height: 400.917px;" class="fr-fic fr-dib fr-fil">

Deputat bildirib ki, bir qayda olaraq, konkret mövzuların müzakirə olunduğu forumlar artıq müasir gözləntilərə tam cavab vermir: “İnsanın həyat fəaliyyətinin ən müxtəlif sahələri biri-birilərilə qırılmaz şəkildə bağlıdır. Buna görə də dünyadakı ümumi vəziyyətə baxış olmadan hər hansı problemi effektiv şəkildə aradan qaldırmaq və ya onların həlli yollarını tapmaq mümkün deyildir. Məsələn, 1962-ildən keçirilən Münhen Təhlükəsizlik konfransında əsasən təhlükəsizlik və hərbi xarakterli məsələlər müzakirə olunur. Son dövrlər nisbətən müzakirələrinin siyasi xarakterinin gücləndiyinin müşahidə olunduğu Münhen Təhlükəsizlik Konfransının dünya üçün töhfəsini Bakı Forumu ilə müqayisə etmək doğru olmazdı. Yaxud, 1971-ci ildə əsası qoyulmuş Davos Forumu sırf iqtisadi xarakterli olmaqla, əsasən iqtisadiyyat, ticarət məsələlərinin müzakirə olunduğu platformadır. Qlobal Bakı Forumu isə özünün multiparadiqmallığı ilə unikaldır. Ümumilikdə dünyanı narahat edən bütün məsələlərin müzakirəsi üçün Bakı Forumu açıqdır. Ayrıca nəzərə almaq lazımdır ki, Qlobal Bakı Forumunun təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanı narahat edən problemləri hərtərəfli araşdırır və onların həlli yolları ilə bağlı təsəvvür formalaşdırır. Bu barədə beynəlxalq ictimaiyyəti də məlumatlandırır. Bu mənada, Qlobal Bakı Forumu mövcud digər Forumlardan öz effektivliyinə görə fərqlənir. Müxtəlif xarakterli təhlükəsizlik məsələləri ilə bağlı suallara məhz Bakı Forumunda cavab axtarılır. Ümumi hərbi-siyasi təhlükəsizlikdən tutmuş, enerji və ərzaq təhlükəsizliyi də daxil olmaqla, qlobal təhlükəsizlik məsələlərinin həlli istiqamətlərində müzakirələrin aparıldlığı ən unikal platforma Qlobal Bakı Forumudur. Təbii ki, Qlobal Bakı Forumu Azərbaycanın milli maraqlarının təqdim olunması və qorunması üçün də əhəmiyyətli arenadır. IX Qlobal Bakı Forumunda da dünya ictimaiyyəti daha yaxından ölkəmizin həm regional, həm də qlobal məsələlərə, proseslərə baxışı ilə tanış oldu. Milli inkişaf və maraq prioritetlərimiz haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Forumun açılışında söylədiyi nitqində tam aydın təsəvvürlər formalaşdırdı. Ölkə Prezidenti Cənubi Qafqaz regionunda Azərbaycanın yeni missiyasını bir daha səsləndirdi. Bu, regionda sülhü və təhlükəsizliyi təmin etmə və effektiv əməkdaşlıq sistemini yaratma missiyasıdır”.

E.Mirbəşir oğlu vurğulayıb ki, Azərbaycan ədalətli müharibə apararaq qalib gəldi və torpaqlarını işğaldan azad etdi: “Bununla da, həm beynəlxalq hüquq, həm də Azərbaycan xalqının milli ləyaqəti bərqərar oldu. Ermənistanın 30 illik işğalçılıq siyasəti nəticəsində parçalanmış Cənubi Qafqaz regionunda sülh və əməkdaşlıq yaradılması missiyasını Azərbaycan öz üzərinə götürüb və bu istiqamətdə çalışır. Bizim qələbəmiz həm də Ermənistanın öz siması ilə tanınmasını şərtləndirdi. İndi Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən işğalçı və təcavüzkar dövlət kimi tanınır. Torpaqlarımız işğaldan azad edildikdən sonra əyani şəkildə Ermənistanın işğalçılıq siyasətinin və vandalizminin nəticələrini dünyaya nümayiş etdirmək mümkün oldu. Prezident İlham Əliyev bir daha dünyaya bəyan etdi ki, Azərbaycan regionda sabitlik və dayanıqlı inkişaf naminə sülh istəyir. Bununla bərabər Azərbaycan Prezidenti ciddi mesajlar verərək bildirdi ki, sülh naminə atılan addımlar qarşılıqlı olmalıdır. Azərbaycan sərhədlərin müəyyənləşdirilməsini istəyir və bunun üçün müvafiq addımları atır. Ermənistandan da eyni addımlar gözlənilir. Prezident həm də ATƏT-in Minsk qrupunu yenidən aktuallaşdırmaq istəyənlərə də sərt xəbərdarlıq etdi. Vurğuladı ki, münaqişə artıq həll olunub. Minsk qrupu ətrafında spekulyasiyalar Azərbaycanda qıcıq doğurur. Həqiqətən də, əsasən Ermənistan və onu dəstəkləyən bəzi subyektlər Minsk qrupu ətrafında müzakirələr açmaqla əslində sülh prosesini əngəlləməyə çalışırlar. Azərbaycan Prezidenti isə, artıq Minsk qrupunun fəaliyyətinə gərək qalmadığını açıq mətnlə səsləndirdi. Ölkə Prezidentinin Ermənistana etdiyi çağırışlar da, təbii ki, həm Ermənistanı, həm də ona dəstək olmaq istəyənləri ciddi düşündürəcək. Zəngəzur dəhlizinin açılmasını gələcək regional sülhün əsası adlandıran Prezident İlham Əliyev dəhlizin açılmayacağı halda sülhün də olmacağı mesajını verdi. Ayrıca olaraq, Ermənistanı Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik çəkinməyə çağırdı. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycanın da analoji addım atmaqdan başqa yolu qalmayacaq. Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bu mövqeyin məhz Qlobal Bakı Forumu platformasında səsləndirməsi milli prioritetlərimizə daha effektiv çatılması baxımından olduqca əhəmiyyətlidir. Qlobal Bakı Forumu artıq bütün dünyanın diqqətlə izlədiyi universal platformadır. Təbii ki, dünyanın aparıcı gücləri Azərbaycanın mövqeləri ilə daha detallı şəkildə tanış olduqdan sonra öz davranışlarını uyğun tərzdə qurmağa çalışacaqlar. Bu baxımdan, Qlobal Bakı Forumu qlobal məsələlərin ən effektiv müzakirə arenası olmaqla yanaşı, ölkəmizin birbaşa milli maraqlarının qorunduğu və milli inkişaf prioritetlərimizin təşviq olunduğu platformadır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm