Nida.az
Ermənistan bunu etməsə...- Politoloq
“Rusiya diplomatiyasının davranışında Minsk qrupunun atdığı addımlara oxşarlıq özünü göstərir. Çünki diplomatiya tək danışıqdan ibarət deyil, həm də deyilənlərə uyğun irəliləyiş əldə etməkdir”.
Bunu Publika.az-a açıqlamsında politoloq Tofiq Abbasov deyib.
Politoloq qeyd edib ki, Rusiyanın Ermənistan daxilində təsir vasitələri kifayət qədər çoxdur: “Biz MİNSK qrupunu ona görə istəmirik ki, onlar üzərlərinə düşən vəzifəni yerinə yetirə bilmədi. Yəni adıçəkilən qurum Ermənistanın haqsızlığına göz yumurdular. Azərbaycan proseslərin həllini öz üzərinə götürdükdən sonra onlara ehtiyyacı olmadığını vurğuladı. Lavrov ötən gün bildirdi ki, guya Ermənistan tərəfi sülh prosesinə hazırdır. Qarşı tərəfin sülhdən yayınmasının əsas səbəblərindən biri daxildə olan problemlərdir. Rusiya özü bu məsələni çox yaxşı bilir. Çünki onların Ermənistan daxilində kifayət qədər təsir rıçaqları var”.
T.Abbasov vurğulayıb ki, komunikasiyya vasitələrinin açılmasında Ermənistan heç bir addım atmır: “Sergey Lavrovun bu cür çıxışlarını biz dəfələrlə eşitmişik. Azərbaycan Prezidenti əvvəldə qeyd etmişdi ki, Ermənistan bizim ərazilərimizi tanımasa, biz də onlar torpaq bütövlüyünü tanımayacağıq. Onlar KTMT-yə güvənə bilərlər, ancaq hər an situasiya dəyişə bilər. Rusiya Xarici İşlər naziri də ölkə başçısı ilə görüşdə söyləyib ki, 10 noyabr sazişinin müddəaları yerinə yetirilməlidir. Əgər Rusiya bu mövzuda belə qətiyyətlidirsə, ermənilərə niyə təzyiq göstərmir?! Azərbaycan öz üzərinə düşün bütün öhdəlikləri yerinə yetirib. Biz bu məsələlərdə gördüyümüz işlərlər özümüzü sübut etmişik. Nikol Paşinyan daxildə vəziyyətin pis olması ilə öz fəaliyyətsizliyini əsaslandıra bilər. Rusiya isə bütün olanları görür, ancaq yenə də qarşı tərəfə dəstək verir. Lavrov özü də görüşdə söylədi ki, bu məsələdə onların Rusiyanın üzərinə böyük iməsuliyyət düşür. Komunikasiya vasitələrinin açılmasında Azərbaycan aktiv olaraq fəaliyyət göstərir, ancaq Ermənistan heç bir iş görmür. Bu yaxınlarda baş nazir müavinlərinin üçtərəfli görüşü keçirildi və heç bir nəticə əldə olunmadı. Bütün bu olanlardan sonra digər ölkələr gördü ki, Azərbaycan haqlı tərəfdir. Ermənistan tərəfi sərhəddə təxribatlarına davam edərsə, ölkəmiz çox sərt addımlar atacaq”.
-
ABŞ02:18Epşteyn işi ilə bağlı sənədlər YAYIMLANDI
-
Qoroskop01:40Günün ulduz falı: Maraqlı görüşlər baş tutacaq
-
Magazin201:20Yeni Türkiyə gözəli seçildi - FOTO
-
Sosial19 Dekabr 20:36Somalidən gətirilən ət satılmayacaq - RƏSMİ
-
Nida Xəbər 19 Dekabr 19:30Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı QƏRAR
-
Kriminal19 Dekabr 19:10Baş Prokurorluqdan Kamran Əsədovla bağlı AÇIQLAMA
-
Magazin119 Dekabr 18:30Ağakərimin harada dəfn olunacağı bilindi
-
Hadisə19 Dekabr 17:12Azərbaycanın əməkdar məşqçisi vəfat etdi








.jpg)
.jpg)



.jpg)














