Nida.az
Sabiq nazir "907" ilə bağlı ŞOK FAKTLARI AÇDI: Cəmi 19 səs çatmadı
Bu gün ABŞ konqresi Azadlığı Dəstəkləmə Aktına Azərbaycanla bağlı bədnam “907-ci düzəlişi” növbəti dəfə qüvvədən salıb. Beləliklə, 1992-ci ildə Birləşmiş Ştatlardakı erməni lobbisi tərəfindən Azərbaycana qarşı qəbul olunmuş bu akt öz mahiyyətini itirib. Üstəlik, bu, Vaşinqtondan İrəvana növbəti zərbə kimi qiymətləndirilə bilər.
Bu düzəlişin ləğvi Azərbaycan üçün nə deməkdir? Azərbaycan bundan sonra ABŞ-dan silah ala biləcəkmi?
Suallarımızı keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarova ünvanladıq. Keçmiş nazir Publika.az-a bildirib ki, bu qərar Birləşmiş Ştatların ikili siyasətinin tüzahürüdür.
- Tofiq bəy, 907-ci düzəlişin ləğv olunması qərarının müddətinin uzadılması Azərbaycana nə verir?
- Amerikanın indiki fəaliyyəti onların keçmiş siyasətidir və indi də davam edir. "907-ci düzəliş" 1992-ci ildə qəbul olunub. Səbəb kimi guya Azərbaycanın Ermənistanı blokadaya almasını göstəriblər. Qəribəsi odur ki, belə bir qərar işğala görə vaxtilə Ermənistana da tətbiq olunub. Ancaq 2004-cü ildə bu qərar ləğv edilib. Biz bu düzəliş ləğv olunsun deyə, çox ciddi işlər aparırdıq, amma bir nəticə əldə edə bilmədik. Təəssüflər olsun ki, ABŞ konqresində ermənilərə lobbiçilik edənlər çoxdur. Buna görə də Azərbaycan kimi ölkələr barəsində məntiqsiz qərarlar alınır. İşğalçı dövlət bəlli olsa da, təcavüzə məruz qalan ölkəyə qarşı belə bir qərarın qəbul olunması məntiqi deyil.
- Bu düzəlişə görə Azərbaycan ABŞ-dan silah ala bilmir. Gələcəkdə bu qərarın ləğvi və Azərbaycanın Amerikadan silah almaq perspektivi varmı?
- ABŞ-da qanunverici orqanın bu cür qanunlar qəbul etməsinə baxmayaraq, icraedici orqan həmin qurumlara toxunmayıb, hakimiyyətə saxlayır. Hətta əvvəl ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Bolton Azərbaycan və Ermənistana səfər edərkən məsləhət etmişdi ki, hər iki tərəf Amerikadan silah alsın. Ölkəmiz indiki məqamda ABŞ-dan silah almaqda o qədər də maraqlı deyil. Təbii ki, bunun başlıca səbəbi qadağalardır. Ancaq 907-ci düzəliş aradan götürülərsə, texnoloji baxımdan Azərbaycan Amerikanın hərbi texnikalarından yararlana bilər. Yaxın gələcəkdə isə ölkəmizin ABŞ-dan silah alması real görünmür. Hətta vaxtı ilə biz Türkiyədən bəzi silahları almaq istədikdə Almaniya buna müəyyən qadağalar qoydu. Belə addımlar siyasətdə daim istifadə olunan üslublardan biridir. Mən fəaliyyət göstərdiyim müddətdə, hətta bundan əvvəl də Azərbaycan höküməti bu qadağa ilə bağlı addımlar atırdı. Lobbiçilik şirkətləri bizim xeyrimizə olan müəyyən işlər aparıb. O vaxt 907-ci düzəlişin ləğvi ilə bağlı səsvermə oldu, ancaq üstünlük qazanmağımız üçün 19 səs çatmadı. Nəticədə qadağa qüvvədə qaldı. O zaman Azərbaycan hakimiyyətinə müxtəlif dövlətlər, xüsusilə Yəhudi lobbisi çox dəstək verirdi. Biz həmişə çalışırdıq ki, ABŞ-ın ikili standartlı siyasətini ifşa edək. 907-ci düzəliş ABŞ-ın xarici siyasətinin problemidir. Azərbaycan hər zaman bunu Amerikaya çatdırıb. Əgər onlar biznən əməkdaşlıq etmək istəyirsə, bu qadağanı aradan götürməlidir. Artıq münaqişə həll olunub, Ermənistan biznən sülhün yaranması üçün danışıqlar aparır, ancaq ABŞ hələ də qəbul olunmuş düzəlişi ləğv etmir. Ermənilərin belə mövqeyi dəyişib, lakin Amerika öz səhv siyasətindən geri dönmür.
- Ermənistana ayrılan yardımların azalmasını postmünaqişə reallıqlarının ABŞ tərəfindən qəbul olunması kimi qəbul edə bilərik?
- Paşinyanın hakimiyyətə gəlməsini şərtləndirən amillərdən biri Rusiyadan uzaqlaşma istəyi idi. Bu baş vermir, əksinə Ermənistan baş naziri adı çəkilən ölkə ilə hərbi əməkdaşlıq edir. Ermənistan Rusiya ilə bu qədər yaxın olmasından narahat olan ABŞ müxtəlif yollarla adıçəkilən ölkəyə təzyiqlər göstərir. Buna görə də ABŞ-dan hər hansı bir dəstək almaq imkanı azalıb. Yəni Nikol Paşinyan bu şərtləri yerinə yetirməsə, Vaşinqton ondan uzaqlaşacaq.
- Ermənilər alınmış qərara qarşı çıxır. Erməni Konqresi qərarın dəyişdirilməsi ilə bağlı konqresda addımlar atacaqlarını söyləyir. Bu situasiyada Azərbaycan nə etməlidir?
- Azərbaycanın xeyrinə çalışan müəyyən lobbilər var. Digər tərəfdən, yəhudi diasporu ABŞ-da bizim haqlı mövqeyimizə daim dəstək verib. Hətta mən orada səfərdə olarkən həmin diasporun əməkdaşları ilə görüşürdüm. Yəni, yəhudilər Nyu-Yorkda hər zaman Azərbaycanın nümayəndələri ilə bir araya gəlib. Ermənilərin fəaliyyətini məhdudlaşdırmaq üçün İsrail bizə dəstək verir. Konqresdə ermənilərə qarşı üstünlük əldə etmək üçün Azərbaycan bütün imkanalrdan istifadə edir. Bundan sonra Ermənistan disaporunun bizə qarşı addımlar atma imkanı daha azalır. Ölkəmiz öz haqlı mövqeyini qoruyub, dünyaya çatdırmaq üçün bütün vasitələrdən istifadə edəcək.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı