Nida.az
Müsavatın qiymət davası: qurultay təxirə salına bilər
Müsavat qurultayını keçirmək üçün təklif olunan məkanla
müqaviləni dəqiqləşdirməyi qərara alıb.
Partiyadan Publika.az-a daxil olan məlumata görə,
sentyabrın 22-də VIII Qurultayına Hazırlıq üzrə Təşkilat
Komitəsinin növbəti iclası keçirilib.
İclasda partiyanın VIII qurultayına ayrılan yerlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin məktubuna uyğun olaraq Suraxanı rayonu, Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına Mədəniyyət evinin rəhbərliyi ilə müqavilə şərtlərinin dəqiqləşdirilməsi ilə bağlı qərar qəbul edilib.
Qeyd edək ki, Müsavat təklif olunan məkanın bahalığından şikayət
edir.
Müsavat Divanının üzvü, başqanlığa namizəd Tural Abbaslı
Publika.az-a bildirib ki, təklif olunan Mədəniyyət evinin bir
saatlıq icarəsi 220 manatdır: “Bizdə araşdırma qrupu var. Onlar ən
bahalı hotellərin qiymətlərini araşdırdılar, məlum oldu ki, ən
bahalı hotelin bir saatlıq icarəsi 270 manatdır. Saatın sayı
çoxaldıqca da qiymətlər aşağı düşür. Buna görə də tərəddüdlər
var”.
Lakin T. Abbaslı hesab edir ki, qurultay keçiriləcək.
“Çünki vaxt məlum olub, hər şey hazırlanıb. Seçki kampaniyası başa
çatıb”, - deyə o bildirib.
Müsavat başqanının müavini Gülağa Aslanlı da qiymətin bahalığından
şikayətlənib.
“Mədəniyyət evinin icarəsi üçün bir saata 220 manat istənilir.
Burda saatın sayı artanda qiymət düşmür. Sonuncu məlumata görə,
hətta Kempinsk Hotelinin bir saatı 270 manatdır. Sonrakı saatların
sayı artanda qiymət azalır. Burda isə deyirlər ki, saatların sayı
220-yə vurulacaq”, - deyə başqan müavini bildirib.
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş
Novruzov isə Publika.az-a Müsavatın qiymət
davasını belə şərh edib: “Onlar qurultay keçirməkdə maraqlı
deyillər. Birincisi, qurultayda hansısa namizəd məğlub olsa,
qurultaydan sonra onunla birgə komandası partiyanı tərk edəcək.
Yəni istefalar qaçılmazdır. İkincisi də, İsa Qəmbərin hələ də
həvəsi var ki, başqan özü olsun. Ona görə də belə bəhanələrlə
qurultayı uzadırlar. İşləri-gücləri də ancaq bəyanat verməkdir.
Qurultay iki, yaxud da dörd saat ola bilər. Bu da 220 manatdan 1000
manata qədər pul edir. Min nəfərlik zal istəyirlər, amma 1000
manatlarından keçmirlər”.
Qeyd edək ki, qurultayın keçirilməsi məsələsi dünənki iclasda həll
olunacağı gözlənilirdi. Lakin sentyabrın 27-nə təyin edilən
qurultaya 4 gün vaxt qalsa da, yer məsələsi hələ də açıq olaraq
qalır. 4 il gecikən qurultayın bu dəfə də təxirə düşəcəyi
gözləniləndir. Digər variant kimi qurultayın partiyanın
qərargahında keçirilməsi təklif olunur. Bu isə fikirləri
parçalayıb, bir qrup “hə”, digər qrupsa “yox” deyir.
Asif Nərimanlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar
-
Magazin128 İyul 22:125 milyon baxışı olan mahnını yutubdan sildirdi
-
Qoroskop28 İyul 19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar
-
İdman28 İyul 18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı




































