Nida.az
“Le Figaro”: “Paris görüşündə birgə bəyanat verilə bilər”
Fransa prezidenti Fransua Olandın dəvəti ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan Parisə səfər ediblər.
Fransa prezidenti artıq hər iki həmkarı ilə ayrılıqda görüşüb. Daha sonra üçtərəfli görüş gözlənilir. Bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətləri araşdırılacaq.
Publika.az xəbər verir ki, Fransanın “Le Figaro” nəşri
prezidentlərin Paris görüşünə dair məqalə dərc edib. Nəşr
diplomatik mənbələrə istinadən Ollandın həmkarlarını Parisə Cənubi
Qafqaza səfəri zamanı dəvət etdiyini qeyd edir. Nəşr yazır ki
avqust gərginliyi 1994-cü ildə atəşkəs bağlanandan sonra münaqişə
tarixində ən geniş qarşıdurma idi: “Sovetlər dağılandan sonra
Ermənistanın dəstəyi ilə Qarabağ separatçıları bölgədən
azərbaycanlıları sürün etdilər. Bu gün orda ermənilər yaşayır.
Lakin beynəlxalq ictimaiyyət tərəfindən bu ərazilər Azərbaycanın
tərkib hissəsi kimi tanınır”.
“Le Figaro” qeyd edir ki, prezident İlham Əliyev hazırda hərbə
xüsusi diqqət yetirir. Çünki rəsmi Bakı sülh olmasa müharibə yolu
ilə ərazilərini işğaldan azad edəcəyini bəyan edib. Hazırda
Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən
çoxdur.
Yenidən diplomatik mənbənin dediklərinə qayıdan nəşr yazır ki,
görüşdə birgə bəyanat imzalana bilər: “Biz günün sonunda birgə
bəyanat verməyə və münaqişənin yenidən dialoqa qaytarılmasına nail
olmağa ümid edirik”.
“Le Figaro” əlavə edir ki, bu addımlar Fransanın həmsədr kimi mövqelərini gücləndirir. Xüsusilə digər həmsədrlər Rusiya ilə ABŞ arasında ciddi problemlərin olduğu vaxt Parisin aktivliyi vacibdir.
Asif Nərimanlı
-
MDB10:00Avtovağzalda dəhşət: Bıçaqla insanlara hücum etdi
-
Digər09:30Daşqın və sürüşmə 900 can aldı
-
MDB09:20Kiçik uşaqları olanlara sosial güzəştlər olacaq: Qanun layihəsi təqdim olundu
-
İdman08:36Messi karyerasında 48-ci kubokunu qazandı
-
ABŞ08:12Pentaqondan NÜVƏ XƏBƏRDARLIĞI - “Trampın rəhbərliyi altında...”
-
Magazin106:16Murad Dadaşov oğluna toy etdi - VİDEO
-
İdman01:11Tofiq Musayevə yüksək VƏZİFƏ VERİLDİ
-
Sosial00:30Bir ailənin fəryadı: Gəncin ölümünə ambulans səbəb olub? - VİDEO































.jpg)



