ABŞ ilə danışıqlar aparılmayacaq - Əraqçi
Bizi izləyin

Dünya

ABŞ ilə danışıqlar aparılmayacaq - Əraqçi

“ABŞ ilə danışıqlar aparmaq artıq gündəmdə deyil”.

Publika.az “Al Jazeera”yə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

O, əvvəlki nüvə danışıqları mərhələlərində keçən "acı təcrübələrə" əsasən bu qərarı verdiklərini bildirib.

“Onlar bizə söz verdilər ki, hücum etmək niyyətində deyillər və İranın nüvə məsələsini sülh yolu ilə həll etmək istəyirlər. Buna baxmayaraq, hücum etmək qərarına gəliblər. Düşünmürəm ki, amerikalılarla danışmaq məsələsi bir daha masada olacaq”, - deyə o qeyd edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm