Nida.az
Bayden İstanbuldan niyə əliboş döndü?
Türkiyə ətrafında diplomatik ab-hava daha da kəskinləşib. Orta Şərqin, Balkanların və Avropanın kilid ölkəsini bloklara cəlb etmək üçün güc mərkəzləri dəridən-qabıqdan çıxır.Türkiyə ətrafında baş verənlərlə bağlı Publika.az-ın suallarını politoloq Adgözəl Məmmədov cavablandırıb.
- Amerikanın ikinci şəxsinin ilin-günün bu vaxtı Türkiyəyə apar-topar səfəri nə ilə əlaqədardır?
- ABŞ-ın təsirində olan bütün Avropa ölkələri Rusiyaya qarşı sanksiya siyasətinə qoşulublar. Məhz Ukraynaya görə bu baş verdi.
Yeganə olaraq NATO üzvü olan Türkiyə istiqamətində bu siyasət təsirli ola bilmir. Bu siyasəti sırf olaraq Türkiyə özü yönləndirir. Rusiya –Türkiyə əlaqələri isə dayanmadan inkişaf edir.
Xüsusilə də Avropadan Kənd təsərüffatı malları gəlmədikdən sonra Rusiya bunun yerini Türkiyə məhsulları ilə doldurub. Buna görə də iki dövlət arasında dövriyyə daha da artıb.
Bu ABŞ-dakı rəsmi dairələri çox naraht edir. Türkiyənin bu addımı da qıcıq yaradır. İkincisi, bu səfərin Rusiya prezidentinin Türkiyəyə baş tutacaq gəlişindən əvvəl olması da çox maraqlıdır.
Həm də Ərdoğanın son günlərdə sərgilədiyi mövqe və çıxışlarını “Ağ Ev” həzm edə bilmir. Baydenin 1 saatlıq nəzərdə tutulan görüşü 4 saatdan artıq çəkdi.
Səbəblərindən biri ABŞ-ın qeyri-rəsmi birinci şəxsi Ərdoğanı razı sala bilməməsi olub.
- Nəyə görə bu cür düşünürsünüz?
- ABŞ-ın bir neçə tələbi vardı. Birincisi, Rusiya ilə -Türkiyə arasında Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı müqavilənin fors-major olması.
Bu müqavilə çoxmilyardlıdır.Türkiyədə Rusiya 4 AES tikəcək. Bunun da maya dəyəri hardasa 20 milyardı keçib. İkincisi, kənd təsərrüfaftı məhsullarının ixracının Rusiya istiqamətində azaldılması və əvəzinə Ukraynaya yönəldilməsidir.
ABŞ Ukrayna-Türkiyə bloku qurmağa çalışır və burda da Rusiya olmayacaq. Amma Türkiyənin strateji və qlobal maraqları bu plana imkan vermir.
Ən son isə Suriya məsələsində Türkiyə güzəştə getmədi. Türkiyə Şimali Suriyada bufer zona yaratmağa çalışır ki, burda da son illər Türkiyəyə gəlmiş qaçqınları yerləşdirsin.
- Baydenin Ərdoğana antipatiyasının şəxsi səbəbləri var, yoxsa başqa məsələdir?
- Ərdoğanı xalq seçib. Buna görə də Bayden sevməsə də, həzm
etməyə məcburdur. Zatən bunu edir də. Bayden isə kifayət qədər
ciddi siyasətçidir və dövlətin əsas simasıdır. Ərdoğanı tanımadan
onu nəyəsə məcbur etmək mümkün deyil. Bayden də burda səhvə yol
verib.
-
Magazin223:24Məşhur aktyor 83 yaşında vəfat edi - Ailəsi bir neçə həftə sonra...
-
Magazin122:36Xalq artisti qızı ilə fotolarını paylaşıb görün nə yazdı
-
İKT21:36Uşaqların sosial mediadan istifadəsinə QADAĞA QOYULUR? - Baş nazir narahatdır
-
Magazin120:36Ülviyyə Mahmudovadan YENİ FOTOLAR
-
Avropa19:24Bu ölkə "qara zona"ları nəzarətə götürmək istəyir - QANUNİ OLACAQ
-
Nida Xəbər 18:20Məhkəmə Adnan Əhmədzadə ilə bağlı QƏRAR VERDİ
-
Dünya17:26ABŞ-ın İranın tərəfdaşlarına tarif tətbiqi istənilən effekti verməyəcək - Bloxin
-
Nəqliyyat16:40Bu avtobuslarda gedişhaqqı artırıldı - 90 qəpik oldu










.jpg)

























