Nida.az
Rauf Arifoğlunun Əvəz Temirxana cavabı
"Bizim qəzetdə heç bir siyasətçiyə, o cümlədən Lalə Şövkətə qarşı heç bir qısqanclıq, embarqo və ya məhdudiyyət olmayıb".
Bunu Publika.Az-a "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf
Arifoğlu Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz
Temirxanın Lalə Şövkətə qarşı müxalifət mətbuatında qısqanclığın
olması barədə açıqlamasına münasibət bildirərkən deyib.
"Lalə Şövkətə həmişə diqqətimiz olub. Hörmətli Lalə xanım mətbuatla
sıx işləyən siyasətçilərdən deyil. O, müəyyən məqamlarda və özünə
lazım olanda mətbuatla işləməyə üstünlük verir. Bu müddət ərzində
biz dəfələrlə çalışmışıq ondan müsahibə götürək, onunla əməkdaşlıq
edək və fikirlərini öyrənək, amma təəssüf ki, alınmayıb. Bunun baş
tutmamasına səbəbkar biz olmamışıq".
O vurğulayıb ki, ALP liderlərinin fikirlərini və fəaliyyətini
cəmiyyətə çatdırmağa həmişə hazırdır:
"Mənə elə gəlir ki, digər müxalifət qəzetlərinin də mövqeyi
belədir".
Digər siyasətçilərin də müxlaifət mətbuatında ayrı-seçkiliyə tuş
gəlməsi fikrini doğru hesab etməyən Rauf Arifoğlu qeyd edib ki,
"Yeni Müsavat" qəzeti öz həmsöhbətlərini seçərkən publikaya görə də
qərar verir:
"Biz fikir veririk ki, hansı siyasətçinin şəklinin bizim qəzetdə
görünməsi onun tirajına necə təsir edə bilər. Həm də məlumatlar və
açıqlamalar diqqətçəkən, önəmli olmalıdır. Gərək həmin insanın
ictimai rəydə bir payı və çəkisi olsun ki, oxucuya da maraqlı
gəlsin. Kimsə bizdən inciyirsə və bunda problem görürsə, səbəbi
birinci özündə axtarsın və fəaliyyətinə nəzərə alsın".
Rüfət Əhmədzadə
Publika.Az
-
Hadisə17:44Nizami Gəncəvinin abidəsi təhqir olundu - VİDEO
-
MDB17:09Kadırovun oğlu Ukraynadakı əməliyyatlara verdiyi töhfəyə görə təltif edildi
-
Hadisə16:13"Makedon" vəfat etdi
-
Yaxın Şərq15:55İsrail ordusu indi də Suriyaya girdi
-
MDB14:28Ukrayna son sutkada 1400-ə yaxın hərbçi itirib? - Şok iddia
-
Magazin214:0249 yaşlı Şakiranın yeni imici - FOTO
-
Enerji13:53İşğalda olan şəhərdə böhran - Benzin talonla alınacaq
-
MDB13:45Zaxarova: "Kosmonavtlarımızın ABŞ-dan oğurladığı yeganə şey..."




































