Nida.az
Azərbaycan tarixinin “Qanlı Şamaxı səhifəsi“
Publika.Az-ın verdiyi məlumata görə, tədbir Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və İnsan Haqlarına Dair Beynəlxalq Standartların Təsbiti Üzrə Birgə İşçi Qrupu tərəfindən keçirilib.
Dəyirmi masanı Şamaxının millət vəkili, Azərbaycanda Vətəndaş
Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan
Süleymanov rəhbərlik etdiyi assosiasiyanın "Azərbaycanda erməni
vəhşiliyi – Şamaxı soyqırımı (1918-ci il)" adlı layihə çərçivəsində
bir neçə dildə kitab nəşr edərək beynəlxalq aləmdə geniş yaydığını
tədbir iştirakçılarına bildirib.
O, bu layihə çərçivəsində onun "Şamaxı qırımızı terrorun hədəfində
(30 – cu illər represiyaları)" adlı yeni kitabın bu il nəşr
olunacağını xusisi qeyd edib.
Daha sonra AVCİYA – nın nümayəndəsi, tarix üzrə fəlsəfə doktoru,
dosent Məhərrəm Zülfüqarlı "XX əsr erməni cinayətləri: 1918 – ci il
Şamaxı soyqırımı", Azərbaycan Mədəniyyət və İncəsənət
Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Minaxanım Əsədli "Azərbaycanın maddi – mədəniyyət abidələrinə qarşı
erməni vandalızmi", AMEA şöbə müdiri, professor Qasım Hacıyev
"Azərbaycanlıların genosid tarixinin aktual problemləri"
mövzularında məruzələr ilə çıxış ediblər.
Məruzələrdə Şamaxı soyqırımının qısa fasilələrlə bir üç mərhələdə,
Bakı və Qubadakı qırğınlardan əvvəl baş verdiyi qeyd olunub.
Tədbidə tədqiqatların davam etdirilməsi ilə Şamaxıda öldürülənlərin
sayının dəqiqləşdirilməsinin zəruriliyi qeyd olunub.
Məruzələr ətrafında professorlar Cingiz İsmayılov, Nadir
Abdullayev, Siyasi elmlər doktoru Ramiz Sevdimalıyev, əməkdar
jurnalist Altay Zahidov, hüquqşünas Adil Minbaşı, dosent İradə
Yaqubova və digər şəxslər çıxış ediblər.
Tədbirdə Türkiyyə Cümhuriyyətinin, Rusiya Federasiyasının, Rumuniya
və Belorusun Azərbaycan Respublikasındakı səfirliyinin
nümayəndələri, ziyalılar, KİV və QHT nümayəndələri iştirak
ediblər.
AVCİYA-nın I vitse prezidenti Vəli Əlibəyov Dəyirmi Masaya yekun
vuraraq tədbirin materiallarının kitab şəkilində bir neçə dildə
nəşr olunaraq yayılacağını bildirib.
Rüfət Əhmədzadə
Publika.Az
-
Magazin122:008 illik evlilik Hazala görə bitdi?
-
Magazin120:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO
-
İdman20:24“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi



































.jpg)


