Nida.az
Türkiyədən həmsədrlərin sayının artırılması məsələsinə münasibət
Türkiyə Xarici İşlər Nazirliyi Minsk qrupunun həmsədrlik institutunun dəyişdirilərək “5-lik Sədrlər Şurası” olması məsələsinə mövqeyini açıqlayıb.
Türkiyənin Xarici İşlər Nazirliyindən Trend-ə verilən eksklüziv
açıqlamada bildirilib ki, ATƏT-in Minsk qrupunun bir üzvü olaraq
Türkiyə Cənubi Qafqazda sülh, sabitlik, rifah və geniş əməkdaşlığa
ciddi maneə olan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün atılan
bütün addımları yaxından izləyir: "Türkiyə problemin həlli
məqsədilə Minsk qrupu çərçivəsində davam edən səylərə töhfə vermək
üçün çalışır. Minsk qrupunun mövcud formatı daxilində bütövlükdə
problemin həlli istiqamətində atılan addımları da dəstəkləyir və bu
istiqamətdə cəhd göstərir".
Türkiyə XİN-dən qeyd olunub ki, bütün bunlarla yanaşı, istər
Minsk qrupu formatında, istərsə də digər formatlarda üçüncü
ölkələrlə münasibətlərdə Türkiyə milli məsələsi olan Dağlıq Qarabağ
problemini hər zaman gündəmə gətirir: "Qardaş Azərbaycanın bu
önəmli probleminin beynəlxalq ictimaiyyətdə öz aktuallığını
qoruması və problemin ən tez bir zamanda həlli üçün çalışmalarımızı
davam etdirəcəyik. Azərbaycanın qaldırdığı Minsk qrupu
həmsədrlərinin sayının üçdən beşə çatdırılması (ABŞ, Rusiya,
Fransa, Türkiyə və Almaniya) məsələsinə gəlincə isə, bu barədə hələ
ki əlimizdə hər hansı bir məlumat yoxdur. Türkiyənin Dağlıq Qarabağ
məsələsində siyasətinin qəti olduğunu, Cənubi Qafqazda sülhün,
əmin-amanlığın bərqərar olması üçün bu problemin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həllinə inandığımızı bir daha
vurğulayırıq".
Qeyd edək ki, ATƏT PA-da Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini, deputat Azay Quliyev mediaya ATƏT PA-nın gələn ay Vyanada keçiriləcək qış sessiyasında həm Almaniyanın, həm də Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupu çərçivəsində həll prosesinə yaxından cəlb edilməsi və hazırda 3 ölkədən ibarət həmsədrlik institutunun dəyişdirilərək “5-lik Sədrlər Şurası” (SŞ) ilə əvəz olunması haqqında məsələ qaldırmağı planlaşdırdığını açıqlayıb.
-
Magazin122:008 illik evlilik Hazala görə bitdi?
-
Magazin120:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO
-
İdman20:24“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi



































.jpg)


